Hadisə

Laçında iki nəfər minaya düşdü

21 Oktyabr 2022 19:58
Baxış: 1 143
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Laçında iki nəfər minaya düşüb.

Hadisə bu gün axşam saat 19:00 radələrində rayonun Suarası kəndində baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Laçında iki nəfərin minaya düşməsi ilə bağlı məlumat yayıb.

2022-ci 21 oktyabr tarixində Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

İlkin məlumata əsasən hadisə nəticəsində Həmidov Elsəvər Sovet oğlu və Həsənov Səbuhi Telman oğlu xəsarət alıb.

Agentlik bildirib ki, hadisə ilə bağlı aparılan araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

Fakt Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan təsdiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.