Hadisə

“Azərişıq” əməkdaşı işıq dirəyindən yıxılaraq ağır xəsarət alıb

11 May 2022 23:50
0 Şərh     Baxış: 1 110
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaxda "Azərişıq" əməkdaşı işıq dirəyindən yıxılaraq ağır xəsarət alıb.

Milli.Az bildirir ki, hadisə bu gün Qax rayonunun Qapıcay kəndində baş verib.

Qax şəhər sakini 1985-ci il təvəllüdlü Kərimov Vasif Kərim oğlu işıq dirəyində iş görən zaman, ehtiyatsızlıqdan yıxılıb.

Hadisə zamanı ağır xəsarət alan Vasif Kərimovu Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Xəstəxanada ilkin yardım göstərildikdən sonra Vasif Kərimov müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.