Hadisə

Quba soyqırımı ən ağır üsullarla törədilib - VİDEO

1 Aprel 2022 14:54
0 Şərh     Baxış: 1 217
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

1918-ci ilin martında Qubada ermənilər tərəfindən həyata keçirilən soyqırımı zamanı insanlar ən ağır işgəncələrlə öldürülüb.

Bunu 2007-ci ildə Qubada çayın sahilində aşkar edilən kütləvi məzarlıqda tədqiqat aparan ekspedisiyanın rəhbəri, Arxeologiya və Etnoqrafiya İnstutunun şöbə müdiri Qəhrəman Ağayev deyib.

O bildirib ki, çayın sahilində insanların kütləvi sümüklərinin olduğu iki quyu və iki arx aşkar edilib. Arxda olan insanların sayını ancaq kəllə sümükləri ilə müəyyən etmək mümkün olub. Təkcə arxlardan 211 ədəd sümük tapılıb ki, onların 38-i qadınlara, 34-ü uşaqlara, qalanlarının isə  kişilərə aid olduğu aşkar edilib. Milli mənsubiyyəti əsas götürülərək qətlə yetirilən azərbaycanlılar ağır igəncələrlə, üstəlik, paltarları çıxarılaraq öldürülüblər.

Qəhrəman Ağayev deyir ki, ermənilərin məqsədi həm də bu soyqırımının şahidlərinin öldürülməsi olub. Quyularda isə yaxınlıqdakı hamamda öldürülənlərin məzarlığı aşkarlanıb.

Qeyd edək ki, tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda ümumilikdə müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir.

2009-cu ildə ərazidə Quba Soyqırımı Memorial Kompleksi inşa olunub.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.