Qoroskop

Yalnızlıq onların taleyidir - Ən bəxtsiz 4 bürc

3 Oktyabr 2024 15:07
Baxış: 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astroloqlara görə, bəzi bürclər digər bürclərə nisbətən daha çox melanxoliyaya meylli olur, tək qalmağa üstünlük verirlər. Onlar neqativ enerjiləri dominant olduğu zaman ətrafındakı insanları uzaqlaşdıra bilər.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, astroloqlar 5 bürcün digərlərinə nisbətən daha çox tək qalmaq problemi yaşadığını vurğulayırlar. Onların mənfi davranışları bu vəziyyətə səbəb ola bilir.

Təkliyə meylli 5 bürcü təqdim edirik:

Xərçənglər həssas və dərin duyğulara malikdirlər. Hadisələri hərtərəfli təhlil edir və bəzi davranışların arxasında gizli məna axtarmağa meylli olurlar. Bu, zamanla ətrafındakı insanları onlardan uzaqlaşdıra bilər. Digər tərəfdən, Xərçəng bürcünün sıx münasibətlər qurmaq meyli var. Bu bağlar zəiflədikdə və ya qopduqda onlar özlərini tək və təcrid olunmuş hiss edə bilərlər.

Balıqlar isə həm həssas, həm də yüksək empati qabiliyyətinə malik insanlardır. Onların güclü emosional təcrübələri və pessimist yanaşmaları ətrafdakı insanları uzaqlaşdıraraq təkliyə səbəb ola bilər.

Qızlar mükəmməllikləri ilə tanınırlar və dostlarından, sevgililərindən də bunu gözləyirlər. Əgər axtardıqlarını tapa bilməzlərsə, bu vəziyyət onları tənhalığa sövq edə bilər.

Əqrəblər isə ehtiraslı olmaları ilə tanınır və aşiq olduqda çox həssas ola bilirlər. Münasibətlərində balans və etibar axtaran Əqrəb bürcü insanının sərt dili zamanla onları tək qalmağa məcbur edə bilər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.