Texnologiya

YouTube Google-a gəlir gətirmir?

27 Fevral 2015 23:47
0 Şərh     Baxış: 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
The Wall Street Journal qəzeti YouTube videohostinqinin fəaliyyəti haqda maliyyə informasiyası əldə edib. Məlum olub ki, bu videohostinq əvvəlki kimi Google şirkətinə gəlir qazandırmır.

Nəşr yazır ki, 2014-cü ildə YouTube videohostinqi 4 milyard dollar qazanıb, halbuki bir il əvvəl bu göstərici 3 milyard dollar təşkil edib. Bu halda xidmət hələ maya dəyərini çıxarmaq ərəfəsindədir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, YouTubeun gəlir yoxluğu onunla izah olunur ki, bir çox istifadəçilər nadir hallarda videoxidmətin saytına daxil olur və kənar səhifələrdə pleyerlər vasitəsilə çarxları izləyirlər. Bundan başqa, Facebook və Twitter kimi internet şirkətləri tərəfindən rəqabət var.

YouTube-un auditoriyası 1 milyard istifadəçini ötür, aylıq 6 milyard saatlıq video izlənilir və dəqiqədə 100 saatlıq videoməzmun yüklənilir.

Xatırladaq ki, 10 il bundan əvvəl PayPal ödəmə sisteminin 3 köhnə əməkdaşı - Çad Xarli, Stiven Çen və Caved Kərim YouTube.com domen adını qeydiyyatdan keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.