Texnologiya

Sürücüsüz avtomobil şəbəkəsi yaradılacaq

27 Dekabr 2014 22:22
0 Şərh     Baxış: 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sinqapurlu mütəxəssislər artıq yaxın vaxtlarda öz sürücüsüz hərəkət edən avtomobil texnologiyasını təcrübədə tətbiq etməyi planlaşdırır.

Engadget resursu yazır ki, sinqapurlu mühəndislər Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri ilə birgə növbəti il şəhər rayonlarının birində sürücüsüz hərəkət edən avtomobil şəbəkəsini işə salmağı planlaşdırırlar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu avtomobillərdən taksi kimi istifadə olunacaq və sərnişinləri bir neçə təyinat nöqtəsi arasında daşıyacaq. İstehsalçıların fikrincə, belə avtomobil şəbəkəsi yol trafikini boşaldacaq ki, bu da Sinqapur üçün aktual məsələdir. Bu ölkədə 1 kvadrat kilometrdə əhalinin sıxlığı 7000-dən çoxdur.

Bundan başqa, avtonom taksi aeroport və ya vağzallarda sərnişin və ya yükün daşınmasında istifadə edilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.