Texnologiya

İnternetdən asılı ölkələr - CƏDVƏL

5 Dekabr 2014 18:58
0 Şərh     Baxış: 1 368
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AT Kearney biznes konsaltinqinin yeni araşdırmasına əsasən, internetdın asılı olan ölkələrin reytinqində birinci pillədə Braziliya qərarlaşıb.

Nigeriya və Cənubi Afrika ikinci və üçüncü pillələri bölüşüb. Bu ölkələr, hətta ABŞ-ı ötüb. Belə ki, braziliyalıların 71%-i gün ərzində ən azı bir saat internetdə vaxt keçirirlər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, tədqiqatda həftədə ən azı bir dəfə internetdən istifadə edən insanların rəyi soruşulub. Braziliyalı istifadəçilərin 51%-i bildirib ki, onlar bütün günü internetdə olur, 20%-i isə gündə 10 dəfədən çox internetə daxil olduğunu deyib.

Yeni araşdırma əsasında məlum olub ki, 16-35 yaş aralığında (rəyi soruşulmuşların 53%-i) olanlar və subaylar (53%) internetdə daha çox vaxt keçirir.

Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.