Texnologiya

Cisco yeni şirkət almaq istəyir

25 Sentyabr 2014 18:58
0 Şərh     Baxış: 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Cisco şirkəti yarımkeçirici yaddaş qurğuları və alətləri üzərində işləyərək intellektual mülkiyyət obyektlərini istehsal edən Memoir Systems şirkətini satın almaq niyyətindədir.

Bu qurğular ASIC sxemi əsasında sürəti artırılmış şəbəkə kommutatorları yığmağa imkan verir.

Hazırda məlumat emalı mərkəzləri üçün kommutatorlar bazarında yüksək sıxlığa malik olan portlara və daha sürətli məlumat ötürməyə ehtiyac var.

Memoirin texnologiyaları ASIC üçün yaddaş problemini həll etməyə imkan verir. Bu şirkət yaddaşa çıxış sürətini 10 dəfəyədək artıran və resursların həcmini azaldan proqram təminatı patentinə malikdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, portların sıxlığının və sürətinin artırılması son dərəcə vacibdir, çünki 10 Gbit/s sürətdən 40 və 100 Gbit/s-dək sürəti təmin edir.

Memoir Systems satınalınması prosedurunun 2015-ci ilin birinci rübündə başa çatacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.