Texnologiya

İnternetin ilkin günahı nədir?

19 Avqust 2014 00:45
0 Şərh     Baxış: 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dizayner və proqramçı İtan Zukerman 1990-cı illərin ortalarında reklam pəncərələri yaratdığına görə internet istifadəçilərindən üzr istəyib. Zukermanın məqaləsi İnternetin ilkin günahı başlığı altında The Atlantic nəşrində dərc edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 20 il bundan əvvəl Zukerman Tripod şirkətində işləyib. Bu şirkət istifadəçi səhifələrinin təhlili ilə məşğul olaraq hədəflənmiş reklam sahəsində pioner olub. Bu fəaliyyət nəticəsində bu günədək istifadəçilərin narahatçılığına səbəb olan reklam pəncərələri yaradılıb.

Bu, reklamın bilavasitə səhifədə yerləşdirmədən reklam xəbərinin tərkibini istifadəçi səhifəsi ilə əlaqələndirmək üsulu idi. Çünki reklam brendi və səhifənin məzmunu arasında arzuolunmaz uyğunluq elan verənləri narahat edirdi. Mən ayrıca pəncərənin işə salınması və ora reklam bannerinin yüklənməsi üçün kod yazdım. Mən üzr istəyirəm. Bizim niyyətimiz xeyirxah olub, - Zukerman yazıb.

İki həftə sonra rəqib Geocities saytı Zukermanın proqram kodundan istifadə edərək üzə çıxan pəncərə kodunu kopyalayıb. İndiyədək mövcud olan reklam biznes modeli beləcə yaranıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.