Texnologiya

Dəyişən dünya ilə ayaqlaşa bilməyənlər

17 İyul 2014 23:53
0 Şərh     Baxış: 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İnsanların dörddə üç hissəsinin fikrincə, dünya çox sürətlə dəyişir. Bu barədə 20 ölkədə 60 min nəfərin rəyini öyrənən Ipsos MORI şirkətinin qlobal tədqiqatının nəticələrində deyilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, sosioloji tədqiqat insanların yüksəktexnologiyalı dünyada həyata münasibətini, ənənələrə və qloballaşma proseslərinə baxışlarını müəyyənləşdirmək məqsədilə aparılıb.

Rəyi soruşulan on respondentdən altısı hiss edir ki, kompüter və digər elektron qurğuların ekranları arxasında çox vaxt keçirir, əslində isə onlara daha sadə və düzgün yaşamaq lazımdır.

Tədqiqatçılar müəyyən ediblər ki, insanlar ümumilikdə yüksək texnologiyaların onların həyat tərzinə təsir etməsindən narazıdırlar, lakin eyni zamanda etiraf edirlər ki, həyatlarını elektron qurğularsız təsəvvür edə bilmirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.