Texnologiya

Təhsilə elektrik çatışmazlığı mane olur

21 Oktyabr 2013 21:55
0 Şərh     Baxış: 413
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Keniya, Zambiya, Malavi, Konqo və digər Afrika ölkələrində təhsil layihələrinin həyata keçirilməsinə elektrik enerjisi çatışmazlığı mane olur. Məhz bu məsələnin həlli üçün Zambiyada kənd rayonlarının elektrikləşdirilməsinə başlanılıb, Keniyada isə gələn il 130 məktəb günəş batareyaları ilə təchiz ediləcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Keniya və Zambiya Afrikanın inkişafı üçün yeni tərəfdaşlıq (NEPAD) elektron təhsil layihəsində iştirak edir. 2008-ci ildə layihə çərçivəsində Afrika məktəblərinin internetə çıxışı olan kompüterlərlə təchiz edilməsinə dair plan qəbul edilsə də, elektrik və rabitə kanalları təchizatı problemləri ilə bağlı indiyədək tam həyata keçirilməyib. Rabitə ilə bağlı vəziyyət tədricən yaxşılaşsa da (regiona bir neçə dəniz kabelləri xidmət göstərir), elektrik enerjisi problemi mürəkkəb olaraq qalır. Belə ki, məktəblərin əksəriyyəti ümumiyyətlə elektrik şəbəkələrinə qoşulmayıb, habelə sənaye layihələrində, o cümlədən faydalı qazıntıların hasilatında enerjiyə tələbat var.

NEPADın planına əsasən, 2015-ci ilədək Afrika məktəblərinin təxminən 600 mini ən azı 20 kompüter, server və şəbəkə avadanlığı, printer və skanerli kompüter sinifləri ilə təmin olunmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.