Texnologiya

Azərbaycanda bu mobil operator ləğv olunur - balans SİLİNƏCƏK

1 Sentyabr 2025 11:53
Baxış: 1 202
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Naxtel" MMC 2025-ci il 1 dekabr tarixindən bütün xidmətlərinin göstərilməsini dayandıracağını açıqlayıb.

Milli.Az xəbər verir ki, şirkət bu barədə rəsmi sosial şəbəkə hesablarında məlumat verib. 

Xidmətdən bildirilib ki, abunəçilər istifadə etdikləri nömrələri qorumaq və mobil rabitə xidmətlərindən yararlanmağa davam etmək üçün 2025-ci il 1 oktyabr - 1 dekabr tarixləri arasında ölkədə fəaliyyət göstərən digər mobil operatorlara - "Azercell", "Bakcell" və "Nar"a müraciət etməlidirlər.

Əgər abunəçilər göstərilən tarixədək nömrələrini digər şəbəkəyə keçirməsələr, həmin nömrələr ləğv olunacaq, müqavilələrə xitam veriləcək və aktiv xidmətlər dayandırılacaq. Balansda qalan istifadə edilməmiş vəsaitlər isə silinəcək.

Əlavə olaraq, silinmiş məbləğlərin geri qaytarılması və ya kompensasiyası nəzərdə tutulmur.

Nömrələrin daşınması Naxçıvan Muxtar Respublikası ilə yanaşı, Bakı və Gəncə şəhərlərində xüsusi xidmət mərkəzlərində həyata keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.