Texnologiya

Elon Musk "Apple"ı məhkəməyə verir

12 Avqust 2025 15:16
Baxış: 420
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Elon Musk "Apple"a qarşı antiinhisar iddiası ilə məhkəmə açacağını bəyan edib. Onun fikrincə, "App Store" platformasında yalnız "OpenAI"nin "ChatGPT" tətbiqi dominant olaraq təbliğ olunur.

Milli.Az xəbər verir ki, bu barədə xəbəri "X" rəhbəri özünün sosial media səhifəsində paylaşıb 

O, vurğulayıb ki, "ChatGPT" ABŞ "iPhone" "App Store"də "Ən yaxşı pulsuz tətbiqlər" siyahısında birinci yerdədir, Grok isə yalnız beşinci sırada qərarlaşıb.

"Grok" və "X" tətbiqlərinin "Mütləq yüklənməli tətbiqlər" siyahısına daxil edilməməsi, onun fikrincə, "App Store"un tərəfsizliyinə şübhə doğurur və bu, aydın bir antiinhisar pozuntusudur.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.