Texnologiya

“iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi

2 Yanvar 2025 10:38
Baxış: 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti "iPhone 14" və "iPhone SE" modellərini Avropa İttifaqının USB-C şarj tələbi ilə əlaqədar olaraq Avropada satışdan çıxarır.

Milli.Az xəbər verir ki, bu qərar cihazların Aİ qaydalarına uyğun gəlməməsindən irəli gəlir.

Aİ elektron tullantıları azaltmaq və istifadəçilərin həyatını asanlaşdırmaq üçün bütün smartfonlarda USB-C girişindən istifadəni məcburi edib.

Bu qaydaya riayət etmək üçün "Apple" "iPhone 15" seriyasından etibarən USB-C portuna keçib.

Aİ-də tətbiq olunan yeni qaydaya əsasən 28 dekabr 2023-cü il tarixindən sonra satılan bütün telefonlarda USB-C portunun istifadəsi tələb olunur.

Elə buna görə də "iPhone 14" və "iPhone SE" modelləri Aİ-dəki onlayn mağazalarından da yığışdırılıb./lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.