Texnologiya

Təyyarə qəzalarının qarşısı bu yolla alınacaq - Yeni funksiya

15 Noyabr 2024 13:50
Baxış: 508
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Süni intellektlə turbulentliyin qarşısı alınacaq.

Milli.Az xəbər verir ki, alimlər hava səyahətləri zamanı sərnişinləri sarsıdan və qorxudan turbulentlik probleminə həll tapdıqlarını açıqlayıblar.

Kaliforniya Texnologiya Universitetinin tədqiqatçıları süni intellekt sistemini təyyarənin idarə edilməsinə daxil edəcəklərini açıqlayıblar. Qeyd edilib ki, yeni sistemdə süni intellekt pilotdan əvvəl hava təzyiqi, temperatur və sürət kimi məlumatları hesablayacaq və mümkün turbulentliyə qarşı təyyarənin mövqeyini millisaniyələr ərzində tənzimləyəcək.

90 faiz dəqiqliyi təmin edən sistemin tezliklə təyyarələrə əlavə ediləcəyi bildirilib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.