Texnologiya

“WhatsApp”da çatlarla bağlı yeni funksiya - FOTO

20 Dekabr 2023 11:09
Baxış: 2 496
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"WhatsApp"dan istifadəçilərin işini yüngülləşdirəcək yeni funksiya gəlir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, belə ki, tətbiqə söhbətləri təsnif etməyə kömək edən mühüm filtrlər əlavə edilib. Filtrlər söhbət siyahısının yuxarı hissəsində yerləşdirilib.

Yeni filtrlərin siyahısına "Oxunmamış", "Kontaktlar" və "Qruplar" dialoq seçimləri daxil olacaq.

Tərtibatçıların sözlərinə görə, bu yenilik müəyyən növ çatlara tez daxil olmağa imkan verəcək. Məsələn, "Oxunmamış" filtri yalnız oxunmamış mesajları ehtiva edən dialoqları, "Qruplar" isə yalnız qrup söhbətlərini göstərir.

Yeni funksiyadan hələlik beta testerlər istifadə edə bilirlər, yaxın gələcəkdə isə bütün istifadəçilər üçün əlçatan olacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.