Texnologiya

“Android”in yeni loqosu təqdim olundu - FOTO

7 Sentyabr 2023 15:14
Baxış: 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Android" mobil əməliyyat sistemi dörd il ərzində ilk dəfə öz loqotipini yeniləyib. Yeni şəkil və onun təsviri rəsmi "Google" saytında təqdim olunub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yeni loqo əvvəlki versiyadan "Android" sözünün yazılışı ilə fərqlənir. Əvvəllər bu ad kiçik "a" hərfi ilə başlayırdı, indi isə böyük "A" hərfindən istifadə olunur. Əməliyyat sisteminin maskotu olan robotun imici də dəyişib. O, üçölçülü olub.

"Google" şirkətinin brend meneceri Ceyson Furnyenin sözlərinə görə, yeni dizayn cihazlar və proqramlar arasında əlaqəni daha yaxşı çatdırır. Yeniləmə həmçinin açıqlığı, interaktivliyi və inklüzivliyi əks etdirir. Yeni loqo insanları bəyəndikləri bir şey yaratmağa təşviq edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.