Texnologiya

“WhatsApp”da naməlum nömrələrdən gələn zəngləri necə bloklamaq olar?

8 Avqust 2023 04:04
Baxış: 1 691
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"WhatsApp" vasitəsilə müxtəlif fırıldaqçılıq halları yaşanır. O qədər ki, xaricdən gələn spam mesajlar və naməlum nömrələrdən gələn zənglər istifadəçiləri narahat edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, yaranan vəziyyət qarşısında istifadəçilərin ala biləcəyi yeganə tədbir naməlum nömrələri bloklamaqdır. Beləliklə, "WhatsApp"da kontaktlarda qeydiyyata alınmayan naməlum nömrələri necə bloklamaq olar?

"WhatsApp"da naməlum naməlum nömrələrdən gələn zəngləri bloklamaq üçün:

1) "WhatsApp"ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. Parametrləri seçin.

2) Növbəti ekranda "Məxfilik" xanasını seçin.

3) İndi məxfilik səhifəsindən "Zənglər" xanasını seçin.

4) Daha sonra naməlum nömrələrdən gələn zəngləri səssiz edin düyməsini seçin.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.