Texnologiya

"Netflix" hesabını digərləri ilə paylaşan istifadəçilərə PİS XƏBƏR

27 May 2023 21:17
Baxış: 1 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Netflix" yayım platforması hesab şifrələrinin pulsuz paylaşılmasını qadağan edir.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, platforma şifrələri digər insanlarla paylaşılmasını ödənişli edib. Bu xidmət ayda 7,99 dollara (təxminən 13 manat 58 qəpik) başa gələcək. 

Şirkətdən bildirilib ki, platforma artıq ABŞ-də qeyri-qanuni hesab paylaşımına qarşı mübarizə aparmağa başlayıb. Abunəçilərə ünvanlanan məktubda "Netflix" hesabınız sizin və birlikdə yaşadığınız insanlar üçündür" deyə, qeyd olunub. Yəni, ailənin üzvü olmayan insanlarla hesabı paylaşmaq üçün istifadəçilər aylıq ödəniş etməli olacaqlar.

Şirkət düzgün ödəniş etmədən "Netflix" hesabına daxil olmağa cəhd edən cihazları müəyyən müddətdən sonra bloklamağa başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.