Texnologiya

"Twitter Inc." gedir, yerinə "X Corp." gəlir

12 Aprel 2023 15:13
Baxış: 1 078

İlon Maskın "Twitter"-i alması ilə "Twitter" tez-tez yeni dəyişikliklərlə gündəmə gəlir. Nəhayət, "Twitter"-in ana şirkəti olan "Twitter Inc" İ.Mask-ın "X Corp."u ilə əvəz olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, İlon Mask-ın "X Corp."-u Çinin "WeChat"-na bənzər "hamısı bir yerdə tətbiq" olmaq yolunda ilk addım olaraq "Twitter Inc."-i birləşdirdi.

Hüquqi proseslərə başlanılan birləşmə prosesində, mövzu ilə bağlı aşağıdakı açıqlamalar verilib;

"Twitter, Inc., X Corp. ilə birləşdi və artıq mövcud deyil."

Digər tərəfdən, "Twitter"-in "X Corp." ilə birləşməsi "SpaceX" və "Tesla" kimi şirkətlərin də bu şirkətə tabe ola biləcəyi iddialarını ortaya çıxarıb. Eyni zamanda "Facebook"-da belə birləşmə baş verib. "Facebook" ana şirkətinin adını "Meta" olaraq dəyişdi və "Facebook" və "Instagram"-ı törəmə şirkətlər olaraq davam etdirməyə başladı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics