Texnologiya

Telefonda iki fərqli “WhatsApp”ı necə işlətmək olar?

8 Aprel 2022 00:22
0 Şərh     Baxış: 5 625
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Samsung" cihazlarında "dual messenger" tətbiqlərini iki fərqli hesabda istifadə etmək üçün faydalı bir funksiya təqdim edir. Söhbət Android ilə (əməliyyat sistemi) mümkün olan bir cihazda ətbiqi klonlayaraq istifadə etməyimizdən gedir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Dual messengeri" necə aktiv edə bilərik?

Samsung cihazında iki "WhatsApp" "Facebook" "Telegram" "Messenger" "Snapchat" istifadə etmək üçün ilk olaraq "parametrlər" bölməsinə, açılan menyudan isə "qabaqcıl funksiyalar" seçiminə daxil oluruq. Ən aşağı hissədə "dual messenger" bölməsi yerləşib. Həmin bölməyə daxil olub klonlamaq istədiyimiz tətbiqin yanındakı işarəni sağa sürüşdürürük.

Bu prosesi etdikdən sonra cihazın ekranında klonlanmış tətbiq yaranır. Daha sonra həmin tətbiqə daxil olub istədiyimiz ikinci hesabı həmin tətbiqdə işə salırıq. Bu üsuldan istifadə etməklə bir cihazda ikinci fərqli "WhatsApp", "Facebook", "Telegram", "Messenger", "Snapchat" hesabı istifadə edə bilərik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.