Texnologiya

"Bu işlər fırıldaq hallarının qarşısının alınmasına yönəlib"

27 Yanvar 2022 15:48
Baxış: 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2021-ci ilin dekabrında Azərbaycanın mobil operatorlarına xaricdən vətəndaşların mobil telefonlarına gələn şübhəli zəngləri bloklamaq tapşırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsində prioritetlər" adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu cür zənglərin 90 faizə yaxını bloklanıb.

"Bu işlər fırıldaq hallarının qarşısının alınmasına yönəlib", - deyə o bildirib.

Nazir müavini əlavə edib ki, mobil qurğularda klonlaşdırılmış IMEI nömrələrin müəyyən edilməsi ilə də bağlı işlər aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.