Sağlamlıq

Koronavirusdan sonra diabet dalğası gələcək - Covid mədəaltı vəzə hücum edir

4 Avqust 2021 20:40
0 Şərh     Baxış: 1 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya alimləri gənclərin sağlamlığında kovid sonrası fəsadlaşma kimi şəkər, diabet riski barədə xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki, alimlər covid virusunun mədəaltı vəzi hədəfə aldığını bildirir.

Yoluxanların 50%-də qanda şəkər yüksəlir.

Bu barədə elmi nəticələr Nature Metabolism dərgisində çap olunub.

"Yoluxanların çoxu əvvəl diabet deyildilər. Lakin xəstəxanaya yerləşdirilənlərin 46%-də hiperqlikemiya aşkarlanıb. Koronaya görə diabet olanların müalicəsi də effektiv olmur" - deyə professor Paolo Fiorina deyib.

35% xəstələrdə 6 ay ərzində qanda şəkər yüksək həddə qalmışdı.

Xəstələrdə qanda şəkərin xeyli artması onlarda ciddi klinik problemlər də yaradırdı:

- oksigenə ciddi tələbat
- Ağciyərlərin tez sıradan çıxması
- İntensiv terapiyada daha uzun müddət qalmaq

Alimlər bu xəstələrdə hiperqlikemiya ilə yanaşı hormonal balansın pozulması da aşkarlanıb.

"Bu xəstələrdə həddən artıq yüksək hiperinsulinemiya - normadan dəfələrlə çox insulin hasili müşahidə etdik".

Mədəaltı vəzin beta adacıqların funksiyasında pozulmalar var idi.

Covid xəstələrində mədəaltı vəzin işinin pozulması nəticəsində diabet və hormonal pozuntu sağaldıqdan 6 ay, 1 il sonra da qalırdı.
Bu tədqiqat göstərdi ki, Covid birbaşa mədəaltı vəzə hücum edir, onu sıradan çıxarır. Bu problem xəstələrdə uzun müddət qalır.

Ona görə koronavirus xəstələrində mədəaltı vəz və şəkər birinci nəzarətə alınmalıdır. Onlarda nəinki acqarına, hətta gün boyu qlükoza metabolizmi pozulmuş olur.

Ona görə də, koronavirus pandemiyası şəkərli diabet dalğasına səbəb olacaq və 1 il sonra biz şəkərli diabet xəstələrinin artımında dəhşətli rəqəmlər görəcəyik. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.