Azərbaycan çimərliklərində koronavirusa yoluxma təhlükəsi varmı? - Həkimlər danışır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyunun 10-dan etibarən çimərliklər, hovuzlar və su attraksionlarından pandemiya qaydalarına uyğun şəkildə istifadəsinə icazə verilir. Qaydalara əsasən, çimərliklərdə olarkən sosial məsafə saxlamalı, ümumi karantin rejimi dövrü üçün qüvvədə olan qərarlara əməl etmək lazımdı.
Artıq insanların çimərliklərə axını başlayıb. Lakin pandemiya ilə bağlı qeyd olunan qaydalara əməl etməyənlər də var.
Bəs həmin məkanlarda COVID-19-a yoluxma ehtimalı varmı? Koronavirus keçirən insanlar üçün çimərliklər təhlükəlidirmi?
Bu suallara tibb mütəxəssislərinin rəyləri əsasında cavab tapdıq:
"Xəstəliyi yeni atladanlara çimərliyə getməmək tövsiyə olunur"
Milli.Az xəbər verir ki, Ankara klinikasının baş həkimi, alqoloq Zülfüqar Yusifov bakupost.az -a açıqlamasında bildirib ki, koronavirusu yeni keçirənlərə 1-2 ay çimərliyə getməmələri tövsiyə olunur:
"Artıq həyatın müxtəlif sahələrində həyat normallaşmağa doğru gedir. Bir sıra qadağalar yumşaldılıb, icazələr verilib. Sadəcə olaraq, hər zaman deyildiyi kimi 3 prinsip mütləqdir: Dezinfeksiya qaydalarına əməl etmək, ən vacibi məsafəni gözləmək və ailədən kənar insanlarla ünsiyyət zamanı mütləq şəkildə maskadan istifadə. Bunlara əməl etməklə normal həyata doğru gedə bilərik. Çünki saylar artıq statistik əhəmiyyət daşımayacaq dərəcədə azalıb. Amma virusla da çox ciddi münasibət göstərmək lazımdır. Çünki hər-hansı bir ehtiyatsızlıq, məsuliyyətsizlik cəmiyyətdə ciddi fəsadlara yol aça bilər. Yenidən karantinlə üzləşə bilərik. Bu baxımdan hər bir vətəndaş məsuliyyətli olmalı və Operativ Qərargahın qaydalarına uyğun şəkildə davranmalıdır".
Həkim əlavə edib ki, kovidin dəniz suyu vasitəsilə yayılmasına dair heç bir tədqiqat yoxdur:
"Duzlu su, yəni dəniz suyu infeksiyanı özündə az saxlayır. Amma yenə də yoluxma təhlükəsi ilə bağlı bir ehtimal var. Çünki xəstəliyi yeni keçirənlərdə xroniki olaraq bəzi proseslər qalır. Bədənin bərpa olunması bəzi insanlarda 6 ay, bəzilərində isə 1 il çəkə bilər. Bu baxımdan yaxşı olar ki, bu insanlar həm günəş şüalarından, həm küləkdən, həm də soyuqlamadan qorunsunlar. Bu adamlarda bütün xroniki proseslərin hər an baş qaldırması üçün kiçik əlverişli şərait belə bəs edir. Buna görə də mümkün qədər ehtiyatlı olmaq lazımdır. Ona görə də xəstəliyi yeni atladanlara 1-2 ay çimərliyə getməmək tövsiyə olunur".
"Sudan yoluxma olmaz, amma..."
Tanınmış radioloq, Azərbaycan Həkimləri Birliyinin sədr müavini Aydın Əliyev isə düşünür ki, çimərliklərin açılması hər hansı bir problemi yaratmır:
"Sadəcə olaraq, qaydalara riayət edilməlidir. Sosial məsafə və şəxsi gigiyena qaydalarına əməl olunmalıdır. İnsanların əyləşdiyi, istirahət etdiyi masalar arasındakı məsafə yetəri qədər olmalıdır. Eyni zamanda, masa ətrafında insanlar yaxın-yaxın oturmamalıdır. Koronavirusun insandan-insana yoluxması belədir ki, bir insan asqırarkən, öskürərkən virus ondan xaric olur, hava damcı hissəcikləri ilə qarşı tərəfin tənəffüs yollarına düşür və o xəstəlik yaradır. Amma bir insan virus daşıyıcısı olsa belə, dənizə girib-çıxıbsa, sonra başqa bir insan dənizə girərsə sudan yoluxma olmaz.
Təbii ki, çimərliklərə vaksinasiya olunan, koronavirus keçirən, yaxud bədənində immunitet formalaşan insanların buraxılmasının tərəfdarıyam. Çimərliklərə buraxılmaq üçün hansısa bir formada nəzarət mexanizmi olmalıdır. Çünki ola bilər ki, kimsə virus daşıyıcısıdır. Nəzarət də olmazsa, gəlib kimisə yoluxdura bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
-
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
-
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
XƏBƏR LENTİ
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
-
Bakıda evdən 18 yaşlı qızın meyiti tapıldı
-
2 gün leysan yağacaq - Xəbərdarlıq
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
Yasamalda avtomobil yandı - (Video)
-
İndoneziyada güclü zəlzələ oldu
-
Əli Əsədov iclas keçirdi
-
İsmail Kartal yoxa çıxdı
-
Rüstəm Cəbrayılovun 3-cü dəfə evləndiyi xanımı ilə Fotoları
-
AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib - (Foto)
-
Orta ixtisas müəssisələrinə qəbulun nəticələri açıqlandı
-
Nigarın keçmiş nişanlısı danışdı: "Durduq yerdə aldadıb qaçmışam?”





