Virusdan sağalanlar üçün MÜHÜM TÖVSİYƏ: Bu əlamətləriniz qalıbsa...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Koronavirusu keçirən insanlarda bəzi əlamətlər qala bilər. Buna post-COVID sindromu deyilir. Yəni qalan əlamətlər koronavirusdan sonrakı dövrün əlamətləridir. Ancaq bu dövrdə heç bir müalicəyə ehtiyac yoxdur.
Milli.Az bildirir ki, bu sözləri publika.az-a danışan tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib.
Həkim bildirib ki, virusu keçirəndən sonra yuxusuzluq, əsəb, bəzi xəstələrdə boğaz ağrıları, nəfəs darlığı, ürək döyüntülərinin artması, saçların tökülməsi, bağırsaq pozğunluğu kimi əlamətlər qala bilər: "Ancaq koronavirusdan vaxtında, düzgün müalicə olunub sağalandan sonra qeyd etdiyim xüsusiyyətlər qalsa da, o əlamətlərin heç bir müalicəyə ehtiyacı yoxdur. Bəzi xəstələr virusu keçirdikləri müddətdə həddindən çox həyəcanlandıqları və gərginləşdiklərinə görə, onlarda psixoloji olaraq nəfəs darlığı əlaməti qalır. Bunlar da zamanla tədricən keçib gedir. Yəni post-COVID sindromunun müalicəyə ehtiyacı yoxdur".
V.Cavadzadə virusdan sağalandan sonra insanların necə qidalanmasına da aydınlıq gətirib. O qeyd edib ki, sağalan şəxs əvvəl olduğu kimi vaxtında və düzgün qidalanmalıdır. Ancaq yanaşı xəstəlikləri olanlar qidalanmalarına xüsusi diqqət yetirməlidir:
"Yanaşı xəstəliyi olanlar müəyyən qidalara məhdudiyyətlər tətbiq etməlidir. Yanaşı xəstəliyi yoxdursa, sadəcə hər kəsin qidalandığı kimi normal şəkildə qidalanmalıdır. Tərkibində minerallar, zülallar, vitaminlər olan qidalardan istifadə edilməlidir. Sağlam həyat tərzi yaşamalı, açıq havada gəzməli, normal yuxu ritminə riayət etməlidir ki, post-COVID dövründə hansısa əlamətlər qalıbsa, həmin əlamətlər yoxa çıxsın. Sadəcə olaraq, bəzi xəstələrdə yoluxub-sağalandan sonrakı 3-4 ay müddətində iybilmə bərpa olunmur, yəni gec bərpa olunur. Buna görə isə heç bir müalicəyə ehtiyac yoxdur. Bütün bu əlamətlər tədricən keçib gedir".
Virusu keçirən şəxsləri düşündürən suallardan biri də onların sağaldıqdan nə qədər müddət sonra idmanla məşğul ola bilmələridir. İnfeksionist həmin şəxslərin hansı idman növü ilə məşğul olmasının fizioloji quruluşdan asılı olduğunu deyib: "Bu, həm də sağalan şəxsin yanaşı xəstəliklərindən asılıdır. Əgər virusa yoluxan şəxs artıq çəkilidirsə və koronavirusu ağır keçiribsə, o, ağır atletika ilə məşğul ola bilməz. Bu, insandan-insana dəyişən bir xüsusiyyətdir. Ümumiyyətlə, yaxşı olardı ki, koronavirusa yoluxub sağalanlar bir neçə ay fiziki idman hərəkətləri ilə məşğul olmasınlar. Sadəcə yüngül tənəffüs hərəkətləri edə bilərlər. Ciddi idmanla məşğul olmaları məsləhət görülmür. Çünki zədələnmiş ağciyərin öz fəaliyyətini bərpa etməsi, orqanizmin ümumi vəziyyətini bərpa etməsi üçün müəyyən zaman tələb olunur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
-
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
-
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
XƏBƏR LENTİ
-
"Şəki yaylası"nda problem dəfələrlə olurmuş... - Görüntülər yayıldı - (Video)
-
Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
-
Xames Rodrigesin yeni klubu bəlli oldu
-
Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
-
Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
-
AKİ-yə sədr seçildi
-
O məni yalandan istədi - Nigar Tofiq
-
Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib
-
Harri Keyn nadir rekordu təkrarladı
-
40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb - Hikmət Hacıyev
-
Qızıl almaq istəyənlərin diqqətinə
-
Useyn Bolt 13 il sonra sevgilisinə evlilik təklifi etdi: 3 uşaqları var - (Foto)
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Azərbaycanda rəis müavinini elektrik cərəyanı vuraraq öldürdü
-
İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi
-
Diplomatik korpusun nümayəndələri Xankəndiyə çatıblar - (Video/Foto/Yenilənib)
-
İran Prezidenti Hindistana getdi
-
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
-
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
-
Sonaxanım polisə müraciət etdi
-
Formula 1 10 il - Turizmə və biznesə töhfəsi - (Fotolar)
-
Ekspres avtobusların hərəkəti asanlaşdırıldı





