Həkim-allerqoloq: İlk növbədə, xəstənin nəyə qarşı allergiyası olduğunu müəyyən etmək lazımdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fəsil dəyişikliyi zamanı bir çox mövsümü xəstəliklər baş qaldırır. Onların arasında allergiyalar da var. Ağacların çiçək açması, tozlanma nəticəsində havada uçuşan toz hissəcikləri insanlarda allergiyaya səbəb ola bilər. Yazda allergiyası kəskinləşənlər günün birinci yarısı, xüsusilə saat 10-11 arası açıq havada gəzməməlidirlər, çünki tozlanma daha çox səhər saatlarında olur.
Milli.Az bildirir ki, həkim-allerqoloq Pərvanə Hüseynova bu barədə AZƏRTAC-a deyib: "Allergiyanın müxtəlif növləri var. Məsələn, qida maddələrinə, hansısa dərmana, heyvanlara, yuna və toza qarşı allergiyalar olur. Bitkilər çiçək açarkən və tozlanarkən da allergiyalar yarana bilər. Bu, əsasən martın əvvəllərindən başlayaraq aprel-may aylarına qədər davam edir. Bəzən elə xəstələr olur ki, onlarda mövsümü xəstəliklər payız aylarına qədər davam edir. Həmin xəstələr adətən göz sulanması, burunda qıcıqlanma, tez-tez asqırmalar, göz, burun və qulaqlarda qaşınmalardan şikayət edirlər".
Onun dediyinə görə, mövsümü xəstəliklərə səbəb olan bəzi allergiyaların vaxtında müalicə olunmaması hətta qış fəslində müəyyən qidalara qarşı allergik reaksiyalar yaradır: "İlk növbədə, xəstənin nəyə qarşı allergiyası olduğunu müəyyən etmək lazımdır. Elə ola bilər ki, müəyyən müddət keçəndən sonra həmin xəstələrdə mövsümi allergik bronxit əmələ gələ bilər. Mövsüm vaxtı onlarda öskürmə, təngnəfəslik və xışıltı ola bilər. Ona görə də belə xəstələr allerqoloqa müraciət edərək müalicə olunmalı və dərman preparatları qəbul etməməlidirlər. Yaz vaxtı həmin xəstəliyi olanlar imkan daxilində qolu açıq geyinməməlidirlər".
Həkim-allerqoloq bildirib ki, çiçək tozcuqlarından qorunmaq üçün evə gələrkən dərhal geyimi dəyişmək, duş qəbul etmək lazımdır: "Mövsüm bitdikdən sonra isə həmin xəstəyə sınaqlar qoyularaq allergiyaya hansı çiçək və ya bitkinin səbəb olduğunu öyrənmək lazımdir. İmmunoterapiya vasitəsilə həmin xəstələrin 80 faizi müalicə edilir. Müalicə olunmadıqda bronxit, bronxial astma, bəzən mövsüm zamanı allergik rinit olan xəstədə iki-üç il sonra allergik bronxit əmələ gəlir və sonralar astmaya qədər aparıb çıxarır".
Yaz fəslində virus infeksiyalarının törətdiyi xəstəlikləri də unutmaq olmaz. Ona görə də yazda həm allergik xəstəliklərdən, həm də virus infeksiyalarından qorunmaq lazımdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
XƏBƏR LENTİ
-
Qədiməli Əhməd vəfat etdi
-
Pezeşkian çıxış edərkən Hindistan rəsmisi qoz-fındıq yedi - (Video)
-
Azərbaycanda istirahət mərkəzlərində baş verən qəzalar - ölüm və xəsarətlə nəticələnən hadisələr
-
Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
-
Külək 8 balı keçərsə, bu işlər dayandırılacaq
-
Azərbaycanda onların iş vaxtı artırılır
-
Yeniyetməlik dövründə bu dəyişikliklər normaldır - Mütəxəssis açıqladı
-
Fotoqraflar Corcina üçün bir-biri ilə yarışdı – Xanımı "qırmızı xalı"dan qovdular - (Video)
-
Azərbaycanda 3 600 illik nadir tapıntı aşkarlandı - (Foto)
-
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - (Foto)
-
Azərbaycan və Çin dövlət təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişi imzalayıb - (Foto)
-
Kirayə mənzillərlə bağlı mühüm qərar - Ayrı-seçkiliyə yol verilməyəcək
-
Metroda qatarlar 15 dəqiqədir hərəkətsiz qalıb - Səbəb - (Yenilənib)
-
“Hansı qadın 71 yaşında belə geyinər, belə gözəl dərisi olar?” - Elgiz Əkbər - (Video)
-
Zaur Rzayevin vəziyyəti açıqlandı
-
Bu həftə onların bəxti gətirəcək - İki bürcə xoş xəbər
-
Kilosu 70 qəpikdir, faydası isə saymaqla bitmir
-
Mbappe Ardadan danışdı: “1 saniyə göz-gözə gəlməyimiz kifayətdir”
-
Məşhur müğənnini daşıyan təyyarə alovlara büründü - (Video)
-
Xalq artistinin ailəsində xoş gün - (Video)
-
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə baş tutacaq
-
Bakıda “Mercedes” piyadanı vuraraq öldürdü
-
Bakıda TDT-yə üzv ölkələrin Müsəlman Dini İdarələri rəhbərlərinin VII görüşü keçirilir
-
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq





