Sağlamlıq

İdeal təzyiq neçə olmalıdır - Məşhur kardioloqdan MƏSLƏHƏT

31 Oktyabr 2023 05:45
Baxış: 1 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Səhiyyə Nazirliyinin baş kardioloqu Sergey Boyçov orqanizm üçün ideal və optimal təzyiq göstəricilərini açıqlayıb.

Milli.Az xəbər verir ki, həkim qeyd edib ki, insan 160/100 təzyiqlə özünü heç vaxt normal hiss edə bilməz. Nə qədər bunu bildirməsə də, hiss etməsə də bütün orqan və sistemlər bu yüksəklikdə təzyiqdən əziyyət çəkir.

İnsult və infarkt riski də həmişə 160-dan yuxarı göstəricilərdən başlayır.

Qansızma və ürək dayanmasından qorxmadan yaşamaq və əmin olmaq üçün təzyiq 140/90-dan yuxarı göstərməməlidir.

İdeal isə 130/80 təzyiqdir. Müasir insan əgər 35-40 yaşdan sonra bu təzyiqi saxlaya bilsə, rahat ola bilər. Bu rəqəmi əldə etmək üçünsə həkimin təyin etdiyi dərmanı hər gün vaxtında qəbul etmək lazımdır.

"Eləcə də qadınlar da, kişilər də bel hissənin piylənməsinə yol verməməlidir. Belin ölçüsünin kritik həddi kişilərdə 102 sm və yuxarı, qadınlarda 90 sm və yuxarıdır. Əgər bel çevrəniz bu ölçüyə çatıbsa, təcili onu azaltmağa çalışın". /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.