Sağlamlıq

Öz dəri tipinizi bilirsinizmi?

16 Yanvar 2021 14:24
Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müəyyən makiyaj və qulluq vasitələrindən istifadə etmək üçün mütləq hansı dəri tipinə malik olduğunuzu bilməlisiniz.

Hər bir insanda fərqli dəri növü mövcuddur. Dəri  növünün dəyişməsinin səbəbi üzdəki yağ vəzləri ilə bağlıdır. O vəzilər dəridəki yağ tərkibini təyin edir . Onun növü yağ  ifrazına görə dəyişir.

Milli.Az Axsam.az-a istinadən bildirir ki, insanların malik olduğu müxtəlif dəri növlərini təqdim edir:

1. Quru dəri
Ən az yağ vəzi tərkibinə malikdir. Belə növ dəri tez-tez  soyulur. Qırışmağa meyllidir. Həssasdır, buna görə də tez qızarır.

2. Yağlı dəri
Ən yüksək yağ vəzilərinə malik dəri tipidir. Mütəmadi baxım tələb olunur. Sızanaqlara daha çox meyl edir. Bu dəri tipinə sahib olanlar ümumiyyətlə böyük məsamələrə sahibdirlər.

3. Qarışıq dəri
Ən çox yayılmış dəri növüdür desək yanılmarıq. Tez-tez yağlı dəri növü ilə qarışdırılır. Qarışıq dəri tipində üzün müəyyən hissəsi yağlı, müəyyən hissəsi normal və ya quru olur. Əsasən "T" zonası adlandırdığımız alın, burun və çənə sahəsi sürətlə yağlanır.

4.Normal dəri
Belə dəri tipləri balanslaşdırılmış yağ vəzilərinə malik olur. Adi halda problem yaratmırlar və gec yaşlanma əlamətləri səbəb olurlar. Üzə parlaq və canlı görünüş bəxş edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.