Sağlamlıq

Aspirin koronavirusda effektivdir

1 Yanvar 2021 17:36
Baxış: 1 410
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusun profilaktika və müalicəsində hər ölkə müəyyən dərmanları və sxemləri təklif edir. Koronavirusun konkret müalicəsi və dərmanı olmadığı üçün hazırda başqa virus infeksiyalarında tətbiq olunan dərmanlar seçilir.

Milli.Az xəbər verir ki, bir çox mənbələrdə koronavirusda istifadə olunması məsləhət görülməyən dərmanlardan biri də aspirindir. Lakin rusiyalı həkimlər bu köhnə, sevimli dərmanı koronavirusdan uzaq saxlamağın səhv olduğunu bildirir, əksinə aspirinin parasetamoldan da yaxşı təsir etdiyini qeyd edirlər.

Aspirin sistem iltihabını götürür, qanı durulaşdırır ki, bu da virusla mübarizə və ağciyərlərin qanla təchizatında çox vacibdir.

Koronavirus xəstələrinin müalicəsində istər xəstəxana, istər də evdə aspirin vacibdir. Aspirinin sutkada 1 dəfə, tox mədəyə bol su ilə qəbul etmək lazımdır. 1 həftəlik qəbuldan sonra fasilə.

Acqarına, yemədən aspirin qəbulu qəti yol verilmir. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.