Kişilər COVID-19-u daha ağır keçirirlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Üç milyondan çox insana dair məlumatı əhatə edən ən yeni metaanaliz yeni növ koronavirus (COVID-19) ağırlaşması və həmin infeksiyadan ölüm riskinin kişilərdə əhəmiyyətli dərəcədə yüksək olduğunu təsdiqləyib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, alimlər pandemiyanın ilk aylarından COVID-19-un ağır formasına daha çox kişilərdə rast gəlindiyinə diqqət yetiriblər. Bununla belə yeni metaanalizin müəllifləri bildirirlər ki, əldə edilən məlumatlar koronavirus infeksiyasından kişilərin daha çox ölməsinə onların daha çox xəstələnməsinin, yoxsa həqiqətən xəstəliyi ağır keçirməsinin səbəb olduğunu anlamağa imkan vermir.
Əvvəllər aparılmış tədqiqatların daha bir yetərsizliyi budur ki, həmin tədqiqatlarda SARS-CoV-2 infeksiyalarının qlobal statistikası, adətən, təhlil olunmurdu. Alimlər hesab edirlər ki, COVID-19-un ağırlaşmış gedişinin kişilər və qadınlar arasındakı fərqliliyinin təsdiq olunması həmin problemə münasibəti dəyişə bilər. Metaanalizin müəlliflərin fikrincə, COVID-19-un ağırlaşmasında kişi cinsi amili lazımınca dəyərləndirilməyib.
Yeni metaanaliz üçün alimlər 46 ölkədən və ABŞ-ın 44 ştatından ümumilikdə 90 hesabatı təhlil ediblər. Hesabatlarda SARS-CoV-2-yə yoluxmuş üç milyondan çox xəstə barədə məlumatlar olub.
Aşkarlanıb ki, kişilər və qadınların SARS-CoV-2-yə yoluxma riski eynidir. Ancaq bu infeksiya ilə intensiv müalicə palatasına yerləşdirilən kişilərin sayı qadınlardan 2,84 dəfə çoxdur. Ölüm riski isə 1,39 dəfədən yüksəkdir.
Alimlər hesab edirlər ki, COVID-19-un ağırlaşmış gedişindəki fərq müxtəlif cinslərə mənsub adamların immunitet xüsusiyyətləri ilə əlaqədardır. Bundan başqa, qadınlara nisbətən kişilərdə yanaşı xəstəliklərin daha çox yayılmasının və digər bioloji amillərin də ciddi rolu var.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
XƏBƏR LENTİ
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)





