Koronavirus xəstələri niyə dad və iybilmə duyğsunu itirir və müalicə şansı nə qədərdir? - Professor açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Koronavirusla bağlı vəziyyət getdikcə "Yerdəki son sevgi" filmini xatırladır. Gizli virusa yoluxduqdan sonra filmin qəhrəmanları əvvəlcə qoxu, daha sonra dad bilmə duyğusunu, sonra isə eşitmə qabiliyyətini itirməyə başlayırdı... Artıq COVID-19 ilə birlikdə bir çoxunun dad duyğusunun zəifləməsindən şikayətlənməsi bizim üçün adi hal alıb.
Milli.Az xəbər verir ki, bu yaxınlarda COVID əlamətlərinin sırasına eşitmə zəifliyi də daxil eidlib. Bunu London Universitet Kolleci və Kral Milli Boğaz, Burun və Qulaq Xəstəxanasının alimləri irəli sürüb.
Seçenov Universitetinin qulaq, boğaz və burun xəstəlikləri klinikasının direktoru, professor, tibb elmləri doktoru Valeriy Svistuşkin koronavirusun iybilmə və dadbilmə duyğularına təsiri və bu cür fəsadlarla müalicə yollarından danışıb.
- Koronavirus duyğularımıza tam olaraq necə təsir edir, bu cür fəsadlar necə müalicə olunur və tam sağalma şansı nə qədərdir?
- Yeni koronavirus bizim üçün tapmacalar yaratmağa davam edir. SARS-CoV-2-nin qulaq-burun-boğaz sisteminə digər tənəffüs viruslarından fərqli olaraq daha çox təsir etdiyi ortaya çıxdı. Hüceyrələrə səthlərindəki spesifik bir reseptordan yapışaraq daxil olur. Bu cür reseptorlar bədənimizin müxtəlif orqan və toxumalarında olur: burun və boğazın selikli qişası, ağ ciyər, ürək, böyrək və s. Eyni reseptorlar məlum olduğu kimi, həssas eşitmə hüceyrələrində də mövcuddur. Bunlar qoxu və səs dalğalarının ilkin qəbulundan məsul olan sinir toxumasının hüceyrələridir. Koronavirus tərəfindən bu hüceyrələrin işinin pozulması xəstələrdə qoxu və eşitmə duyğusu problemlərinin yaranmasına səbəb olur.
Seçenov Universitetində COVID-19-da qoxu duyğusunun itirilməsi fenomeni ilə bağlı bir araşdırma apardıq. Nəticələr koronavirus infeksiyası olan xəstələrin 70-75% -nin qoxu hissinin azalmasından, hətta tamamilə itirilməsindən əziyyət çəkdiyini göstərdi, buna anosmiya deyilir. Bəzən bu xəstəliyin gedişində rast gəlinən yeganə simptomdur.
- Qoxu duyğusunun itməsinə daha çox COVID-in daha yüngül formalarında rast gəlinir?
- Xeyr, müşahidələr bunu təsdiqləmir. Daha doğrusu, xəstəliyi ağır keçirən insanlar sadəcə qoxu olmamasına əhəmiyyət vermir. Onlar üçün başlıcası rahat nəfəs ala bilməsinin təmin olunmasıdır.
Qoxu duyğsunun itirilmə mexanizminə gəlincə, qərbli həmkarlarımız bunu müəyyənləşdirib. Hər şey olduqca mürəkkəbdir. Sadə dildə desək, qoxu hüceyrələri dəstək hüceyrələri ilə əhatə olunub, onlar qoxu hüceyrələrinin normal fəaliyyətini təmin etməkdən məsuldurlar. Son məlumatlar göstərir ki, dəstəkləyici hüceyrələr bəzən zədələnir ki, bu da qoxu hüceyrəsinin öz fəaliyyətinin pozulmasına səbəb olur.
Bu vəziyyət bizdə ağırlaşmaların necə müalicə ediləcəyinə dair ciddi bir problem yaradır. Virus qoxu hüceyrələrinin özlərinə təsir etsəydi, yaxşılaşdırmaq üçün hormonal antiinflamatuar dərmanlar və digər məlum müalicə metodlarını tətbiq etmək olardı. Təəssüf ki, infeksiya bəzi xəstələrdə (5-10%-ə qədər) qoxu hissinin geri dönməməsinə gətirib çıxarır. Hər halda altı aylıq müşahidələr boyunca qoxu duyğusu bu xəstərlərdə bərpa olmayıb. Odur ki, xəstələrin müalicə yolları səhiyyənin araşdırmalı olduğu əsas mövzulardandır.
- Tez-tez eşidirik ki, koronaviruslu xəstələrdə burun axması digər qrip və kəskin tənəffüs yoluxucu virus infeksiyalarından fərqlidir. Tədqiqatınızda bunu müşahidə etdinizmi?
- COVID-19 infeksiyasında heç bir qanunauyğunluq görmədik. Bəzilərində yalnız klassik burun axıntısı ola bilər, bəzilərində - burun tıxanması, bəzilərində isə yalnız qoxu duyğusunun itməsi. Yeri gəlmişkən, boğaz ağrı COVID-19 yoluxmalarının ən az üçdə birində rast gəlinir.
- Digər respirator viruslarda qoxu duyğsunun itirilməsi baş verir?
- Əlbəttə. Ancaq orada vəziyyət COVID-19-dan köklü şəkildə fərqlənir. Kəskin respirator xəstələrində qoxu hissinin azalması ən çox qoxu hüceyrələrinin işindəki pozğunluq səbəbindən deyil, sadəcə burun seliyinin ödemi və iltihabı səbəbindən baş verir. Bu tamamilə fərqli bir mexanizmdir. Koronaviruslu xəstələrdə bənzər bir hal görmədik.
COVID-19-da eşitmə zəifliyinin yayılması ilə bağlı vəziyyət hələ də qeyri-müəyyən görünür. Bu cür xəstələr hələlik çox azdır. İngiltərə və Misirdə təxminən 20 xəstə haqqında belə məlumatlar var. Virusun eşitmə zəifliyində nə qədər "günahkar" olduğu, eşitmə hüceyrələrini nə dərəcədə təsir etdiyi araşdırılmalıdır. Bunu öyrənmək lazımdır.
- Bu risk kimlərdə daha yüksəkdir?
- Bu sahədə heç bir araşdırma aparılmasa da, COVID-19-da eşitmə qabiliyyətinin itirilməsi riski əvvəlcədən meylli faktorlara sahib olanlarda artır. Hipertoniya, ateroskleroz, diabet və ürək-damar xəstəlikləri də risk altındadır.
Dadbilmə duyğusu niyə yox olur?
- Bu, birbaşa iybilmə duyğusunun pozğunluğu ilə əlaqəlidir. Bir insan qoxuları qəbul etmədikdə bütün yeməklər ona dadsız görünür. Bunu açıq şəkildə təsdiqləyən testlər var. Yemək yeyərkən gözlərinizi və burnunuzu bağlasanız, onda yeməklərdəki fərqi hiss edə bilməzsiniz. Dadbilmə duyğusu birbaşa qoxu hissi ilə əlaqəlidir. İybilmə qabiliyyəti pozulursa, dadbilmə instikti də əziyyət çəkməyə başlayır. (publika.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
-
Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Yenilənib/Video)
-
Prezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdı
-
Prezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir
-
Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
-
Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
-
Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
-
Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
-
Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
-
GEROPHARM “Sea Breeze 2026” beynəlxalq polo turnirini sağlamlıq və aktiv həyat tərzi tərəfdaşı kimi dəstəkləyib - (Foto)





