Sağlamlıq

Avtobuslar koronavirusa belə yoluxdurur - Bunu etsəniz, 97% qorunacaqsız

24 İyun 2020 08:07
0 Şərh     Baxış: 3 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İctimai nəqliyyatın keçidi əsnasında yaranan hava axını dayanacaqlarda gözləyənlərə koronavirusa yoluxma riski yarada bilər.

Milli.Az xəbər verir ki, bunu Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq İnfeksion Xəstəlikləri Şöbəsinin rəhbəri Mehmet Ceyhan deyib.

"İnsanın ağzından nəfəs, danışma, öskürək və ya asqırıq yolu ilə çıxan damlaların 1,5 metr məsafəyə yayıldığını düşünərək sosial məsafəni 1,5 metr müəyyən etmişik. Kondisioner faktorunda bu məsafə 3-4 metrə qədər uzana bilir. Nəzəri cəhətdən avtobusların keçidi əsnasında da bu hal yaşana bilər. Lakin nəzərə almaq lazımdır ki, həmin şəraitdə virus daşıyan şəxs və ya şəxslərin olması, hətta öskürüb, asqırması lazımdır", - professor deyib.

M.Ceyhan qeyd edib ki, maska və sosial məsafə qaydalarına əməl etmək ayrı-ayrılıqda virusdan 82% qoruyur. Onlar birlikdə isə 97% təhlükəsizliyi təmin edir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.