Sağlamlıq

Nevroz, VSD və panik atakın 30 simptomu - Özünüzü test edin

3 İyun 2020 22:20
7 Şərh     Baxış: 2 108

Son zamanlar bizə müraciət edən oxucuların bir çoxu elə xətəlik və simptomlardan şikayət edirlər ki, burda istər-istəməz əsəb sinir sistemi, psixosomatika və nevrozdan, eləcə də geniş yayılmış vegetativ distoniyadan şübhələnirik.

Hazırda karantin və pandemiya ilə bağlı "xəstəliklər buketi" adlanan VSD və panik atak daha da geniş yayılır.

Milli.Az medicina.az-a istinadən tibbi sirli xəstəliyi olan bu sindromların əlamətlərini təqdim edir. Əgər bu simptomlardan 10-u sizdə varsa, sizdə vegetativ distoniya diaqnozudur.

1. Qəfildən başa, ürək hissəyə, bədənə isti və soyuq axının gəlməsi
2. Ağızda suyun quruması
3. Boğazda düyün və udqunmada problem
4. Döş qəfəsi və mədə nahiyəsində ağırlıq
5. Ürək tərəfdə ağırlıq, ağrı, sancı, spazmlar

6. Tənəffüsdə çətinlik, sanki ağciyərlərə oksigenin az daxil olması hissi
7. Ürəkbulanma, qarının köpməsi, qıcıqlanma, nadir halda səbəbsiz qusma
8. Ürəkdöyünmənin artması, dəqiqədə 120
9. Tez-tez yalançı tualetə gedişlər
10. Başgicəllənmə, başda sıxılmalar

11. Ayaqlarda ağırlıq, pambıq ayaqlar effekti
12. Səbəbsuz yorğunluq, halsızlıq, iş və təhsilə enerji tapmamaq
13. Tərləmək
14. Təzyiqin oynaması
15. Özündə ciddi fizioliji xəstəlik, problem, hətta onkoloji xəstəliyə şübhə və müayinələr, analizlərə meyillilik

16. Sanki infarkt, insult olurmuş kimi qorxular
17. Daxildə, ürək hissədə qəribə boşluq
18. Bədənin, əzələlərin gərilməsi, bərkiməsi
19. Aqressiya, ağlamaq, apatiya
20. Ağlını itirmək qorxusu, ölüm qorxusu

21. Depersonalizasiya - sanki bədənin içində deyilsən, öz bədəninə yadsan
22. Daim xilaskar axtarmaq, həkim, dərman və s
23. Müxtəlif tutmalar - ya çox ölgünlük, ya da aqressiya
24. Küçəyə çıxmaq qorxusu və ya əksinə evdən küçəyə, adam içinə qaçmaq
25. Müxtəlif dərmanları tez-tez qəbul etmək, korvalol və valeriansız yaşamamaq

26. Dərinin avasıması, ağarması
27. Beyinlə bədənin əlaqəsi, rabitənin sanki zəifləməsi, düşüncənin kütləşməsi
28. Yuxusuzluq, yuxuda kabus, yuxudan doymamaq
29. Təngnəfəslik, əl-ayaqda keyimə
30. Üzdə, əldə səyrimələr, sinir atmaları, sanki üzün assimetriyası hissi

Milli.Az

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Samire · 3 İyun 22:4011

    Menim xalam qızında da panik atak olur. Amma nevroz deyil. Sakit tebiyetli normal bir qızdır. Qeribesi de budur ki, nevroz olamayan bir insanda da panik atak ola biler. Heqiqeten de psixoloqiya çox çetin elmdir...Özü de panik ataklar müxtelif cür olur, eyni olmur.

    Cavab yaz
  • Anonim
    Lady · 3 İyun 23:0930

    Mende hamisi var hal hazirda cox eziyyet cekirem. Butun heyatim alt ust olub. Nevroz cox pis gune salir insani.

    Cavab yaz
    • Anonim
      Seyde · 4 İyun 02:5300

      Mende 4 ildi bu xestelikden eziyyet cekirem

      Cavab yaz
  • Anonim
    Heç kim · 3 İyun 23:3100

    Lady can məndədə hamsi var hətta hamiləlik vaxtı oldum üç ay mən gündə boğuluram hamama girəndə ayətul kursu oxuyub girirdim ən yüksək həddə bütün neqativ hislər

    Cavab yaz
  • Anonim
    Heç kim · 3 İyun 23:3100

    Bütün həyatım alt üst olub

    Cavab yaz
  • Anonim
    Heç kim · 3 İyun 23:3200

    Məndədə panika atak var amma özümü saxlayıram bədənimdə əsmələr olur

    Cavab yaz
  • Anonim
    derya · 3 İyun 23:3700

    mende 8 ildi bu xesteliyden eziyyet cekirem heyatim alt ust olub caresizem

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.