Sağlamlıq

Baş ağrısını sakitləşdirməyin 7 təbii vasitəsi

10 İyun 2020 07:14
0 Şərh     Baxış: 2 488
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son illərdə ağrı kəsicilərə olan tələblər çoxaldığına görə insanlar təbii vasitələrə üstünlük verir.

Milli.Az xəbər verir ki, ağrı kəsici dərman vasitələri olmadığı halda da ağrıları sakitləşdirmək mümkündür. Xüsusilə də baş ağrısına müsbət təsir edəcək yeddi vasitəni təqdim edirik.

Baş ağrısı zamanı alın və gicgahlara buzla soyuq kompress olunarsa damarlar soyuğun təsiri ilə daralar. Buz baş ağrısını sakitləşdirər. 

Həkimlər baş və miqren ağrıları zamanı bəzi nöqtələrə masaj etməklə ağrının sakitləşəcəyini bildiriblər. Həmin nöqtələr bunlardır:
Hər iki qaş ilə burunun yuxarı hissəsi.
Alnın tam ortası.
Boyunda sümüklərin birləşdiyi hər iki tərəf.
Hər iki gicgah.

Ağrı zamanı başı tənziflə sarıyaraq damarları sıxıb ağrını tamamilə sakitləşdirmək mümkündür. 

Şiddətli baş ağrısı olan insanlar səs və işıqdan narahat ola bilirlər. Buna görə də ağrı zamanı səs-küylü yerlərdən uzaq olmaq məsləhətlidir. 
Yuxusuzluq baş ağrısına pis təsir edən başlıca amillərdəndir. Məhz buna görə də 7 saatdan az və 9 saatdan çox olmayaraq yatmaq lazımdır. Eynilə baş ağrıyan zaman da sakit və qaranlıq otaqda yuxuya getməyə çalışmaq lazımdır. 
Açıq havada orta templə gəzmək ağrını sakitləşdirməyə kömək edir. Açıq havada gəzərkən insan orqanizmində təbii endorfin adlanan ağrıkəsici ifraz olunur. 

Tez-tez baş ağrısı yaşayanlar lazım olan miqdarda su içərlərsə ağrıları azalar. Su içmək ağrının qarşısını alır. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.