Sağlamlıq

Hipertoniyanın qarşısını necə alaq?

22 Fevral 2020 15:50
0 Şərh     Baxış: 1 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hipertoniya - yüksək təzyiq, son illərdə gənclər arasında da tez-tez təsadüf edilir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, əvvəllər bu xəstəlikdən daha çox yaşlılar əziyyət çəkirdisə, həkimlər hazırda cavanların da müalicə aldığını bildirir.

Bu xəstəliyin yaranmasında genetik faktorlarla yanaşı insanın həyat tərzi, qidalanması böyük rol oynayır. Tez-tez "fast-food" tipli qidalar qəbul etmək, enerji içiləri içmək bu riski olduqca artırır.

Müasir dövrümüzdə bu vərdişlərdən tamamilə əl çəkmək mümkün olmasa da, bəzi tədbirlərlə hipertoniyanın qarşısını ala, ən azından nəzarətdə saxlaya bilərik.

Darçın

Tədqiqatlar göstərir ki, darçından istafadə zamanı arterial təzyiq əhəmiyyətli dərəcədə aşağı düşür. Darçın eyni zamanda şəkər xəstəliyində də geniş istifadə edilir.

Sarıkök

Tərkibindəki kurkumin adlı antioksidant arterial təzyiqi iltihab əleyhinə olan xassələri hesabına effektiv şəkildə aşağı salır.

Hil

Tədqiqatçılar araşdırıblar ki, hil güclü sidikqovucu hesab edilir və bu xüsusiyyətinə görə də hipertoniyada geniş istifadə olunur.

Zəncəfil

Damarları genəldərək qan axımını bərpa edən zəncəfil eyni zamanda əzələlərin sıxılmasını zəiflədir.

Qara istiot

Bu ədviyyat ürək ritminin nəzarət edilməsinə və arterial təzyiqin tənzimlənməsinə yardım edən kaliumla zəngindir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.