Sağlamlıq

Axşamdan 4-5 badam suda isladıb səhər yeyin. İnanılmaz faydaları!

11 May 2020 20:55
0 Şərh     Baxış: 2 013
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Axşamdan suda 4-5 badam isladıb səhər yemək orqanizmi bir çox faydalı maddələrlə təmin edir və sağlamlıq üçün çox faydalıdır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu haqda Times Now jurnalında dərc olunmuş məqalədə məlumat verilir.

Məqalənin müəllifləri olan bir qrup alim qeyd edirlər ki, badam vitamin, minerallar, antioksidant və faydalı yağlarla zəngindir.

Əvvəlcədən suda isladılmış badam daha asan həzm olunur və onun tərkibində olan faydalı maddələr orqanizm tərəfindən daha yaxşı mənimsənilir. Həmçinin bu badamda olan lipaza fermentinin ayrılmasına yardım edir ki, bu ferment yağların həzm etməyini sürətləndirir.

Badamın digər faydaları:

Həzm proseslərini yaxşılaşdırır.
Maddələr mübadiləsini sürətləndirərək asrıqlamağa yardım edir.
Beyinin fəaliyyətini yaxşılaşdırır. Alimlər badamı "beyinin sevimli qidası" adlandırırlar.
E vitamini ilə zəngin olan badam Alsqeymer xəstəliyinin riskini azaldır.
Xolesterinin səviyyəsini aşağı salır.
Maqneziumla zəngin olduğundan badam təzyiqi tənzimləməyə kömək edir.
Həmçinin maqnezium qanda şəkərin səviyyəsini tənzimləməyə də yardım edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.