Sağlamlıq

Viruslardan qoruyan qidalar açıqlandı - Bunları yeyin

11 May 2020 23:45
0 Şərh     Baxış: 3 152
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həkim dietoloqlar viruslara qarşı təsirli olan qidaları açıqlayıb. Onlar qeyd edib ki, immuniteti viruslara qarşı güclü edən element sinkdir. Bu mineralsız immun hüceyrələr, xüsusən leykositlər işləyə bilmir, demək olar ki, formalaşmır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, sink isə çox miqdarda mal əti, quzu əti, mal qaraciyəri, balıq, dəniz məhsulları, bəzi paxlalılarda olur.

Eləcə də C vitamini immun sistem üçün vacibdir və qrip, zökəm kimi xəstəliklərin yüngül keçməsini təmin edir.

Ona görə həkimlər viruslara qarşı çaytikanı, sitrus meyvələr, pomidor şirəsi, qarağat, çiyələk və s. bol yeməyi məsləhət görür.

E vitamini immun sistemin antitellərin hasilatı üçün lazımdır. E vitamini badam, çərəzlər, kətan toxum, günəbaxan tumlarında olur.

Balıq və sarımsaq isə qırmızı qan hüceyrələrini artırır.

Bağırsaqların mikrflorası güclü olsun deyə qatıq, kefir yeyin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.