Sağlamlıq

Gecə yuxudan eyni saatlarda oyanırsınızsa… - Qaraciyər saatı nədir?

10 May 2020 21:10
1 Şərh     Baxış: 4 540
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gecə yuxusu zamanı orqanizmdə çox ciddi proseslər gedir - orqanizm özünü bərpa edir, yeniləyir, təmizləyir.

Əgər insan gecə yuxudan eyni saatlarda oyanırsa, bu bəzi pozulmalara işarə edə bilər. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, əsas səbəblər arasında qaraciyər, agciyər, öd kisəsi problemləridir.

23:00 - 1:00

Bu saatlarda öd kisəsi fəal şəkildə işləyir. Əgər siz yuxuya gedəndən sonra tez-tez məhz bu saatlarda oyanırsınızsa, bunun səbəbi səhv qidalanma, şam yeməyində ağır qidaların istehlakı, öd kisəsində problemlər ola bilər.

1:00 - 3:00

Bu saatlarda orqanizm toksinlərdən təmizlənir, qaraciyər çox fəal şəkildə işləyir. Əgər siz bu saatlarda oyanırsınızsa, bu o deməkdir ki, qaraciyəriniz yükləmələrə tab gətirmir. Həkimə müraciət edin.

3:00 - 5:00

Bu saatlarda ağciyər təmizlənir və orqanizm çoxlu oksigen qəbul edir. Əgər siz bu saatlarda oyanırsınız və sizdə təngənəfəslik, öskürək əmələ gəlirsə, mütləq pulmonoloqa müraciət edin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.