Sağlamlıq

Kətan toxumu sağlam yaşamağa kömək edir

22 Yanvar 2020 23:10
0 Şərh     Baxış: 2 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kətan toxumu funksional qidalar qrupuna daxildir. Funksional qidalar orqanizmin təməl qida maddələri ehtiyacını ödəməkdən başqa orqanimzin fiziologiyası və metabolik funksiyaları üçün faydalı olan, xəstəliklərdən qorunmağa və sağlam həyat yaşamağa kömək edən qida komponentləridir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, kətan toxumu qandakı xolesteronun miqdarını aşağı salır. Onun tərkibindəki Omeqa-3 xolesterini təmizləyir, qan dövranını yaxşılaşdırır, beyin və ağciyərlərin fəaliyyətini artırır. Vegerianların əsas qidası olan kətan toxumu ürək sağlamlığını qoruyur, dərini yumşaldır, oynaq narahatlıqlarına və xərçəngin bəzi növlərinə qarşı qoruyucu təsirə malikdir. Kətan toxumu üyüdülərək salatlara və xörəklərə əlavə edilir.

E və K vitamini ilə zəngin olan kətan toxumu xalis kalsium, mis və dəmir mənbəyidir. Kətan yağı dəriyə də çox müsbət təsir göstərir, onu daha hamar və elastik edir, xırda qırışları aradan qaldırır.

Hərəsindən 1 xörək qaşığı kətan yağı limon şirəsi ilə qarışdırılır, təmiz tənzif qarışıqda isladılaraq üz dərisi və boyun nahiyəsinə qoyulur, yarım saatdan sonra götürülür, dəriyə qidalandırıcı və yumşaq effekt verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.