Sağlamlıq

Kivinin faydaları

3 Yanvar 2020 17:10
0 Şərh     Baxış: 2 037
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bütün mövsümlərdə asanlıqla tapa biləcəyimiz kivi güclü antioksidant tərkibi ilə bir çox sağlamlıq problemini həll edir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, həm dadlı, həm vitamin deposu olan bu sitrus meyvəsi erkən qocalmadan qoruyur. Belə ki, tərkibindəki güclü antioksidantlar sərbəst radikalları və toksinləri bədəndən kənarlaşdırır.

Bundan başqa onun tərkibi A, C, B qrupu vitaminləri, fosfor, dəmir və kalsiumla zəngindir. Susuzluğu effektiv şəkildə yatırır. Mütəmadi istifadə etdikdə damar tıxanıqlığının və ürək xəstəliklərinin qarşısını alır.

Arıqlamaq istəyənlər hər gün kivi yeməklə maddələr mübadiləsini sürələndirə bilər. Kivi eyni zamanda bədəndə olan şişliyi aradan qaldırır. Tərkibindəki C vitamini sayəsində immuniteti artırır. Astma və allergik öskürəyin dərmanıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.