Allergiya orqanizminin hər hansı bir maddəyə qarşı verdiyi cavab reaksiyasıdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dəridə qıcıq, üz nahiyəsində şiş, qırmızı səpgilər, gözlərdə qaşınma, burun tutulması və s. kimi hallar allergiya əlaməti sayılır. Kimi toz, kimi dərman, kimi də Günəş şüasından təsirlənir. Mütəxəssislər bildirirlər ki, allergiyanın yaranması insan orqanizminin hər hansı bir maddəyə qarşı verdiyi cavab reaksiyasıdır.
Milli.Az bildirir ki, Uşaq Bərpa Müalicə Mərkəzinin həkim-allerqoloqu Pərvanə Hüseynova bu barədə AZƏRTAC-a deyib: "Genetik meyllilik olanlarda allergik xəstəliklərə daha çox rast gəlinir. Allergen deyəndə məişət, ağac, bitki tozcuqları, havada uçan kimyəvi tərkibli aerozollar və kimyəvi maddələr, eləcə də qida və dərman mənşəli allergenlər orqanizmə daxil olaraq bədənin istənilən yerində allergik reaksiya yarada bilər".
Allergen maddələr orqanizmə dəri, tənəffüs və hava yolları vasitəsilə keçir. Onun əlamətləri isə müxtəlifdir. Tənəffüs orqanlarında allergenlər burun tutulması, burunda qaşınma, qıcıqlanma, çoxsaylı asqırmalar, burun axması, təngnəfəslik, boğulma hissi, gözlərdə qızarma, sulanma, dəridə qaşınmalarla müşahidə olunan səpgilərlə xarakterizə olunur. Bəzi hallarda mədə-bağırsaq sistemində pozulmalar, qarın ağrıları, ishal kimi əlamətlər də əmələ gələ bilər. Allergiyanın mövsümü xarakter daşıması və ya ilboyu davam etməsi də mümkündür.
"Allergiyanın ən ağır forması Kvinke ödemidir. Kvinke ödemi dərialtı nahiyədə histominlərin yığılmasıdır. Bu zaman dodaqlar, göz qapaqları, qulaqlar şişir. Ən pis variant odur ki, bronxların selikli qişası da şişir və vaxtında tibbi yardım göstərilməsə bu, ölümlə nəticələnə bilər",- deyə həkim-allerqoloq bildirib.
Allergiya tam müalicə olunmasa da, onu vaxtında müalicə edib allergen təsir göstərən vasitələrdən uzaqlaşmaq olar. Bunun üçün allergen-test adlanan analiz növündən istifadə etmək kifayətdir. Həmin üsulla allergiya yaradan qida və dərmanları müəyyən etmək olar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
-
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
XƏBƏR LENTİ
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
-
45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
Tramp Avropa liderləri ilə görüşəcək
-
“Brent” markalı neftin qiyməti ucuzlaşdı
-
Konqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb
-
"İran yaralanıb, amma ləyaqətini qoruyub saxlayır"
-
Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar
-
Ərini öldürüb basdırdığı yerə gül əkən qadına 12 il HƏBS CƏZASI
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz





