Sağlamlıq

Xərçəng xəstələrinin çoxu bu xəstəliklərdən ölür

1 Mart 2020 22:04
0 Şərh     Baxış: 1 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xərçəng xəstələrinin 10 faizindən çoxunun ürək-damar xəstəliklərindən öldüyü aşkarlandı.

Milli.Az medicina.az-a istinadən bildirir ki, "The European Heart Journal"da dərc olunan araşdırmanın nəticəsinə əsasən xərçəng xəstələrinin ürək-damar xəstəliklərinə tutulma riski yüksəkdir.

ABŞ Penn State Xərçəng İnstitutunun tədqiqatçıları Amerikanın 3 milyon 230 min xərçəng xəstəsinə məxsus məlumatlarının xəstələrin 38 faizi xərçəngdən və əlaqədar xəstəliklərdən, 11 faizinin ürək-damar xəstəliklərindən öldüklərini bildiriblər.

Kimyaterapiya və radiasiya terapiyasının orqanizmə ziyan vurması səbəbindən xəstəliyin ilk ilində ürək-damar xəstəliyi riskinin artmasının normal olduğunu ifadə edən tədqiqatçılar risklərin sonrakı illərdə davam etdiyini və xərçəng xəstələrinin ümumi əhali ilə müqayisədə "sabit yüksək risk" altında olduğuna diqqət çəkiblər.

Sidik kisəsi, prostat, bağırsaq, uterus, döş və qırtlaq xərçəngi xəstələrinin ürək və damar xəstəliklərinin ən həssas qrupları olduğunu ifadə edən tədqiqatçılar, ürək-damar sağlamlığı müalicəsi müddətində xərçəng xəstələrini daim nəzarət altında saxlanmalarının vacib olduğunu xəbərdar ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.