Saçlarımız niyə tökülür? - 11 SƏBƏB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Saç baxımı və saç gözəlliyi qadınların ən çox diqqət yetirdiyi şəxsi qulluq sahələrindən biridir. Ona görə də saç tökülməsi problemi qadınlar üçün böyük əhəmiyyət kəsb edir. Milli.Az medicina.az-a istinadən bildirir ki, saç tökülməsi bir çox problemə səbəb ola bilər. Saç tökülməsinin bəzi hallarda xüsusi xəstəliklər baş verdikdə yarana bilir. Gündə 50-100 ədəd saç teli tökülməsi normal sayılır. Lakin, tökülmə bu saydan yuxarı qalxdıqda, saçları əlinizlə yüngülcə çəkdikdə 4-5 saç teli və ya alnında, alnın üst hissəsində seyrəlmələr görüldükdə mütləq həkimə müraciət etmək lazımdır. Saç tökülməsi əsas səbəbləri bunlardır:
1. İrsi saç tökülməsi
Bu tip tökülmələr əsasən kişilərdə daha çox yaşanır. Başla alın birləşdiyi nahiyədən geriyə doğru saç tökülməsi asanlıqla görülə bilir.
İrsi saç tökülməsi saç tökülməsinin ən çox yayılmış növüdür. Bu dağılmada genetik meyl və androgen hormonları (kişilərdə), xüsusən dihidrotestesteron rol oynayır. İrsi saç tökülməsində, kişilərdə alnındakı saç xətti geri çəkilir və baş dərisinin yuxarı hissəsi qısa zaman kəsiyində tüksüz qalır.
Qadınlarda, alın xəttini aşmadan baş dərisində, xüsusən incə saçların tökülməsi yuxarıdan ətrafa qədər aydın görülür. Tablet, sprey və və ya təbii məhsullar istifadə edərək saç tökülməsinin qarşısı alına və ya qismən azalmasına nail olmaq mümkündür. Saçların tamamilə töküldüyü və qalıcı bir fəsad əmələ gəldiyi halda saç köçürülməsi üçün həkimə müraciət olunmalıdır.
2. Yanlış pəhriz
Balanssız diyetlər və xüsusən də zülalsız qidalanma saç köklərinin zəifləməsinə, qırıqların artmasına və saç tökülməsinə səbəb ola bilər. Saçın quruluşunda iştirak edən keratin azalarsa tökülmə prosesi başlayar. Bunun üçün bəzi zərif zülalların bədənə qida maddələri vasitəsilə kifayət qədər miqdarda qəbul edilməsi keratinin miqdarının nizamlanmasına kömək edəcəkdir. Eyni zamanda bədənin ehtiyac duyduğu protein miqdarı da azaldıqda saç tökülməsi baş verə bilər.
3. Göbələk xəstəliklərinə görə saç tökülməsi
Baş dərisini əhatə edən göbələk xəstəlikləri ümumiyyətlə uşaqlarda daha çox görülsə də, yetkinlərdə saç tökülməsinə səbəb ola bilər və müalicə edilmədikdə daimi qaşınma meydana gələ bilər.
4. Bəzi dərmanlar səbəbiylə saç tökülməsi
Bəzi dərmanların saç tökülməsi kimi yan təsirləri ola bilər. Qan artıran , artrit, depressiya, ürək xəstəliyi və yüksək təzyiq üçün istifadə olunan bəzi dərmanlar saç tökülməsinə səbəb olur.
5. Saç qırana qarşı istifadə edilən dərmanlar
Cəmiyyətdə saçqıran xəstəliyi olaraq bilinən bu xəstəlik xüsusilə ağır stressli vəziyyətlərdə meydana gəlir. Bu xəstəliyə qarşı istifadə edilən dərmanlar nəticəsində başda olan tüklər, qaşlar, kirpiklər və saqqallar yumuru və ya ovalvari formada tökülmələrə səbəb olur. Genetik meyl, nevroloji amillər, infeksiyalar və stresin xəstəliyin başlanmasına səbəb olduğu düşünülsə də, əsas amil hələ tam izah edilməyib. Bu xəstəlik uzunmüddətli davam edər və qaşınmaya səbəb olarsa mütləq müalicə edilməlidir.
6. Ağır stress halları
Saç tökülməsin əsas səbəblərindən biridir. Ağır stressli insanlarda tez-tez rast gəlmək olar. Stress bədənimizdə müxtəlif stress hormonlarının ifrazına, daxili tarazlığın pozulmasına səbəb olur və nəticədə bir çox xəstəliyə səbəb olur.
7. Həddindən artıq çəki itirmək
Həddindən artıq çəki itirən insanlarda belə hallara rast gəlmək olar. Bu səbəblə başlayan saçlarda tökülmə, orta hesabla 3-6 ay davam edir və sonra dayanır.
8. Yüksək dozada A vitamini
Yüksək dozada A vitamini qəbul etmək də saç tökülməsinə səbəb ola bilər. A vitamini qəbulunu dayandırdıqdan sonra saç tökülməsi də dayanır.
9. Bədəndə dəmir azlığı
10. Saçlara düzgün qulluq edilmədikdə
11. Hormonal pozğunluq baş verdikdə saçlar tökülməyə başlayır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
XƏBƏR LENTİ
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi





