Yay mövsümündə ən çox...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yay mövsümündə ən çox narahatlıq doğuran məsələlərdən biri də qida zəhərlənməsidir. Bu, əsasən bəzi meyvə-tərəvəzlərin becərilməsi zamanı torpağa verilən gübrə və pestisidlər, qidaların tərkibində olan maddələr və ya onların saxlanma şəraitinə düzgün əməl edilməməsi ilə əlaqədar olur. Ümumiyyətlə, qida zəhərlənməsi nədir və nəyin nəticəsində baş verir?
Milli.Az bildirir ki, Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva bu sualın cavabında AZƏRTAC-a deyib: "Qida zəhərlənməsi bakteriyalar və ya onların toksinləri, viruslar, parazitlər və kimyəvi maddələrlə yoluxmuş qida və suyun qəbuluna səbəb olan xəstəlikdir. Yoluxma adətən qida və içki məhsulları ilə düzgün olmayan qaydada davranmaq, onların səhv hazırlanması və saxlanması nəticəsində əmələ gəlir. Qida zəhərlənməsinin bəzi növlərində qusma prosesinə mərkəzi sinir sisteminə təsir edən toksin səbəb olur.
Qida zəhərlənmələrinin böyük əksəriyyəti ciddi nəticələrə səbəb olmur və bir-iki gün ərzində keçib gedir. Lakin təcrübə göstərir ki, onlarla zəhərlənmə hadisəsi daha ağır fəsadlarla və hətta ölümlə nəticələnə bilər. Məhz yay aylarında isti hava qida zəhərlənməsinin əsas səbəbi olur. Risk qrupuna həm istirahət düşərgəsində olan uşaqlar, həm də kurortlara gedən böyüklər düşür. Onların sanitar normaları gözləməməsi səbəbindən yemək və içkidən zəhərlənmə halları baş verir. İstidən tez xarab olan və düzgün saxlanılmayan məhsullar xüsusilə təhlükəlidir və bu zaman xoşagəlməz hadisələrdən qaçmaq çox çətindir".
Zəhərlənmə zamanı ilk yardım barədə məlumat verən şöbə müdiri bildirib: "İlk növbədə mədənin ilıq qaynadılmış su və yaxud da iki faizli çay sodası məhlulu ilə yuyulması lazımdır. Həmçinin xəstəlik müddətində çox miqdarda su içmək məsləhətdir. Orqanizmin rehidratasiyası məqsədilə ev şəraitində məhlul hazırlamaq olar. Bunun üçün bir litr ilıq suya bir çay qaşığı xörək duzu, bir çay qaşığı çay sodası və iki xörək qaşığı şəkər tozu qatmaq lazımdır. Qəbul edilən mayenin ümumi miqdarı 2-3 litrdən az olmamalıdır.
İlk günlərdə qida qəbulu məhdudlaşdırılmalı, asan həzm olunan qidalar az-az və tez-tez yeyilməlidir.
Tənəffüsün birdən-birə pozulması və əzələ zəifliyi, qan qarışıqlı güclü ishal, yüksək qızdırma, uzun müddət davam edən sulu ishal və orqanizmin susuzlaşması zamanı mütləq həkimə müraciət edilməlidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
-
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
-
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
XƏBƏR LENTİ
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
-
Bakıda evdən 18 yaşlı qızın meyiti tapıldı
-
2 gün leysan yağacaq - Xəbərdarlıq
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
Yasamalda avtomobil yandı - (Video)
-
İndoneziyada güclü zəlzələ oldu
-
Əli Əsədov iclas keçirdi
-
İsmail Kartal yoxa çıxdı
-
Rüstəm Cəbrayılovun 3-cü dəfə evləndiyi xanımı ilə Fotoları
-
AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib - (Foto)
-
Orta ixtisas müəssisələrinə qəbulun nəticələri açıqlandı
-
Nigarın keçmiş nişanlısı danışdı: "Durduq yerdə aldadıb qaçmışam?”
-
Əkrəm İmamoğlu 2 il 1 ay həbs cəzasına məhkum edildi





