Sağlamlıq

Sinə böyütmə əməliyyatının nəyə ziyanı var? - Mütəxəssis izah edir

28 İyun 2019 20:09
0 Şərh     Baxış: 3 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müasir dövrdə xanımlarımızın tez-tez müraciət etdiyi estetik əməliyyatlardan biri də sinə böyütmə əməliyyatıdır. Bu zaman xanımlara bəzi qaranlıq qalan məqamlar olur.

Milli.Az bildirir ki, plastik cərrah Rəşad Babayev azxeber.com-a açıqlamasında xanımları tez-tez maraqlandıran suallara cavab verib.


 
1. Estetik olaraq məməböyütmə nədir?
Əsasən slikon protez ilə inkişaf etməmiş və ya daha cazibəli görünüş əldə etmək üçün süd vəziləri üçün aparılan cərrahi əməliyyat növüdür. Slikon məmə protezləri xaricdən membranlı, silikon və ya gel olub daxilindı salin su ilə dolu bir strukturlu implantdır. Müxtəlif hündürlük, diamet, formaya malik olan məmə protezləri ilə qısa müddətli əməliyyatda məruz qalmış xanımları həmən günü və ya bir gün klinikada qaldıqdan sonra evə yazılır, 3-5 gündən sonra isə normal həyata dönə bilirlər.

2. Slikon məmə protezləri bəd xassəli şiş əmələ gətirir?
Bizim ölkəmizdə süd vəz protezlərini daşıyan xanımlar az olsa da digər ölkələrdə bu çoxluq təşkil edir! Missal üçün Amerikada hə 100 xanımdan 1 nəfərində məmə protezi var! Araşdırmalar zamanı məmə protezinin bəd xassəli şiş yaratması aşkar edilməmişdir, yalnış fikirdir.

3. Məmə slikonu, məmə protezi daşıyan xanımlarda məmə əmizdirməsi problemli olur?
Müasir dövürdə istifadə olunan məmə protezləri bir ömür istifadə olunan bilər, istənilən vaxt çıxarıla və ya dəyişdirilə bilər! məmə əmizdirmə zamanı anaya mane olmaz

4. İstifadə olunan məmə protezləri damla yoxsa yuvarlaq olmalıdır?
Bu sualın cavablandırmaq üçün süd vəzinin formasına diqqət yetirməliyik. Əgər məmənin üst hissəsi dolöundursa, o zaman hər iki damla (anatomic) və ya yuvarlak (round) istifadə etmək olar. Məmənin üst hissəsi az və yuvarlaq olan süd vəzidə damla şəkilli slikon istifadə oluna bilər!

5. Çipli protez necə olur, hansı üstünlüyə malikdir?
Praktiki olaraq çipli protezin tərkibi istifadə etdiyimiz slikon protezlərinin tərkibi kimidir. İlk növbədə qeyd etmək istəyirəm ki, çipli slikonlar rəqəmsal şəxsiyyət kartı kimi fəaliyyət göstərir. Çip slikonun daxilində yerləşdirilərək, onun həcmi, forması, xarıcı quruluşu (damla, yuvarlaq və s), istehsal tarixi, yeri, slikonun seriya nömrəsi kimi məlumatlara malikdir. Bu məlumatları öyrənmək üçün xüsusi detector sinəyə yaxınlaşdırılması kifayət edir. Bu dektektoru sinəyə yaxınlaşdırdıqda yuxarıda sadaladığım məlumatlardan başka slikon ətrafında olan hərarətı də ölçmək mümkündür ki, bud a erkən ağırlaşmaların qarşısıı ala bilər

6. Məmə böyütmədən sonra iz qalır?
Məmə protezlərinin yerləşdirilməsi üçün əsasən aerola və vəz altı kəsiklərdən istifadə olunsa da qoltuqaltı və göbəkdən də süd vəzi böyütmək mümkündür. Aerolanın rəngı çapıq rəngində olduğundan və süd vəzın alt kənarından gövdə ilə qovuşduğu xətt olduğundan 3-5 sm lik xətt aylar illər keçdikçə bilinməz hala gəlir. digər texnikalar isə az istifadə olunmaqdadır!

7. Öz piyimdən istifadə edib məmə böyüdə bilərəm?
Dünyada plastic cərrahların ən çox istifadə etdiyi üsul slikon implant ilə süd vəzinin böyüdülməsidir. Kök hüceyrə ilə zəngin olan yağ vasitəsi ilə süd vəz böyüdülə bilsə də, onun əlavə təsirləri az deyil. Məndən soruşsanız məsləhət görməzdim!

8. Slikon protezlərinin üstünlüyü nədir?
Sıxdıqda partlamaz, iti əşya ilə şırıldıqda slikon xarıcə dağılmaz, orqanizim üçün ən az allergic reaksiya verməsi, süd verməyə mane olmur, 40 yaşından yuxarı xanımlarda mamoqrafiyaya mane olmaması və s.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.