Sağlamlıq

Əti bu məhsullarla birlikdə yeməyin

21 Yanvar 2019 22:43
0 Şərh     Baxış: 3 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli həkimlər bir sıra ağartı məhsullarının ət və ətdən hazırlanan qidalar ilə yeyilməsinin ziyanından söz açıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, həkimlər bildiriblər ki, yoqurt, süd və ayranın ət və ət məhsulları ilə birgə yeyilməsi təhlükəlidir. Süd və pendirin də bu cür məhsullarla birgə yeyilməsinin zərərli olduğu qeyd olunub.

Həkimlər bildirib ki, kalsium ilə zəngin olan bu qidalar ət və ət məhsullarından əldə olunan dəmirin bədənə qəbulunu əngəlləyir.

"Dəmirlə zəngin dərmanlar qəbul edirsinizsə, bu zaman ən azı 2 saat sonra süd və süd məhsulu yeyə bilərsiniz. Bununla yanaşı, mayelərin qəbuluna da fikir verilməlidir. Çünki dəmirlə zəngin dərmanlar qəbul edərkən 2 saat ərzində çay, qəhvə və qırmızı şərab içmək ziyanlıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.