Sağlamlıq

Hər gün su içmək üçün 6 səbəb

16 Yanvar 2019 23:09
0 Şərh     Baxış: 2 427
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Su içmək deyəndə məhz SUyu nəzərədə tutmalıyıq - məsələn, qəhvə, çay, meyvə şirələri, meyvə içkilər və digər içkilər su demək deyil!

Buna əsasən, suyun planetdə heç bir digər içkilərində olmayan xüsusiyyətlərə malik olduğunu söyləyə bilərik.

1. Su kilo verməyinizə kömək edir

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, su artıq çəki ilə mübarizənin ən təsirli yollarından biridir. Bu da bir neçə səbəbdəndir:

- Hər şeydən əvvəl, suyu yuxarıda göstərilən şirələr, qəhvə, çaylar və s. kimi sevdiyimiz əvəzedicilərdən fərqli olaraq ən az kalorilidir.

- Su iştahı zəyiflədən bir vasitə sayılır. Yeri gəlmişkən, ac olduğunuz zaman, çox güman ki, yalnız su içmək istəyirsiz.

- Su həm gizli, həm də açıq-aydın şişkinliyi aradan qaldırmağa qadirdir.

2. Su ürək sağlamlığınıza faydalı təsir göstərir

Bədən üçün kifayət qədər su içmək bir insanın ürək çatışmamazlığının riskini azaldır.

Alimlərin bu sahədə araşdırmalarının nəticələrinə görə, gündə ən azı 6 stəkan su içən insanlarda su içməyən insanlarla müqayisədə infarkt riski 40% azdır.

3. Su baş ağrısını azaldır

Baş ağrısı bir çox hallarda susuzluqdan qələn bir əlamətdir.

4. Suyun dərinin vəziyyətinə müsbət təsiri vardır

Su dərini təmizləyir. Təbii ki, dərini təmizləmək üçün vaxt lazımdır. Ancaq suyun müntəzəm olaraq  istifadəsi sizə yaxşı təsir edəcək və bir müddət sonra həqiqətən gözəl nəticə əldə edəcəksiniz.

5. Su həzm prossesini normallaşdırır

İnsanın həzm sistemi böyük miqdarda maye tələb edir. Su qidanı düzgün həzm etmək üçün tələb olunur. Bundan əlavə, su turşuluğu tənzimləyir.

6. Su bədəni təmizləyir

Su bədəndən zərərli maddələrin və toksinlərin çıxarılmasına kömək edir. Toksinlərin böyük hissəsi hüceyrələr arasında - hüceyrələrarası mayenin içində toplanır. Su həm hüceyrələri, həm də hüceyrələrarası mayeni təmizləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.