Gündə 3 xurma yemək... - Xurmanın bu günə qədər bilmədiyimiz FAYDALARI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xurma ləzzətli olmaqla yanaşı insan orqanizminə faydalıdır.
Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, dəmir, folik turşu və kalsium kimi bir çox mineral xurmanın tərkibində var. Amma qeyd etmək mütləq vacibdir ki, 3 ədəd xurmanın 60 kalorisi var. Bu səbəbdən də ləzzətinə qapılıb xurmanı daha çox qəbul etmək olmaz.
Aşağıda xurmanın insan orqanizminə olan faydalarını təqdim edirik.
Həzmi asanlaşdırır
Xurmanın tərkibində lif çoxdur. 100 qram xurmada 3.5 qram lif var. Buna görə də mədədə şişir və mədəni gec tərk etdiyi üçün toxluq hissi yaradır. Yüksək lif bağırsaqları işlədir və qəbz problemini həll edir.
Dərini təravətləndirir
Xurmanın tərkibi antioksidantla zəngindir. Bu isə dərilərin yenilənməsini təmin edir. Xurma dərinin ehtiyacı olan nəmi ona verir, dəri daha elastik olur. Dəri elastikliyini itirdikdə isə üzdə qırışlar meydana gəlir.
Bundan başqa xurmanın tərkibindəki B vitamini dəridə yaranan yaraların da tez sağalmasına kömək edir.
Arıqlamağa kömək edir
Xurmanın tərkibində yüksək miqdarda lif olduğu üçün mədədə uzun müddət qalır və həzmin sürətini azaldır. Bu isə toxluq müddətinin uzanmasına, daha az qidalanmağa səbəb olur. Orqanizmində dəmir az olan insanlar arıqlamaqda çətinlik çəkirlər. Xurmanın tərkibində isə dəmirin miqdarı çoxdur. Bu isə metabolizmanı sürətləndirir.
Əzələ ağrıları
Orqanizmdə maqnezium azlığı tez-tez əzələ ağrılarına səbəb olur. Xurmanın tərkibindəki maqnezium əzələləri gücləndirir, protein sintezində və sovrulmasında dəstəkçi olur. Gündə 2-3 ədəd xurma qəbul etmək gündəlik maqnezium ehtiyacını qarşılayır.
Ürək sağlamlığı
Xurma ürəyin dostu olan qidalar siyahısında ilk yerdədir. Xurmanın tərkibindəki potasium mineralı qan təzyiqini stabilləşdirir və ürək ritmini normaya salır. Tərkibində xolesterol olmadığı üçün ürəyi ziyanlı bakteriya və mikroblardan qoruyur, damar tıxanması riskini azaldır.
Stres və gərginliyi azaldır
Mütəxəssislərin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, sinirləri gücləndirən B6 vitamini xurmanın tərkibində çoxdur. Bu isə stresə qarşı bir müdafiə yaradır. Xurmanın tərkibindəki B1 vitamini də sinir sisteminin sağlamlığı üçün faydalıdır.
Qan azlığının qarşısını alır
Xurmanın tərkibində dəmirin miqdarı çoxdur. Müntəzəm qəbul edən insanlarda qan azlığının da qarşısını alır. Bundan başqa B2 və B3 vitaminləri də qırmızı qan hüceyrələrinin sayını artırır.
Enerji deposudur
Gün ərzində özünü yorğun hiss edən, halsız olan insanlar xurma ilə ehtiyac duyduqları enerjini təmin edə bilərlər. Yüksək enerji sayəsində xüsusən də arıqlamaq istəyən insanlar və inkişaf dövründə olan uşaqlar üçün çox faydalıdır.
İmmunitet sistemini gücləndirir
Xurmanın tərkibində immunitet sistemini dəstəkləyən selenium və C vitamini boldur. Bu isə orqanizmi zərərli bakteriya və mikroblardan təmizləyir. Bundan başqa maqnezium da orqanizmdə yarana biləcək infeksiyaların miqdarını azaldır.
Sümükləri gücləndirir
Xurmanın tərkibindəki kalsium və fosfat sümük yaranmasına və orqanizmin sümük strukturuna müsbət təsir edir. Bundan başqa sümük əriməsi və yumşalması kimi sümük xəstəliklərinin də qarşısını alır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
100 yaşa qədər yaşamağın sirri bu İMİŞ
-
Diabet necə yaranır? - Həkimlər əsas səbəbləri açıqladı
-
Buğda və ya kəpək deyil! Ən sağlam çörəyin hansı olduğu açıqlandı
-
Narçiçəyi çayı: Faydaları, istifadə sahələri və diqqət edilməli olan məqamlar
-
Bu cür öskürək ürək xəstəliklərindən xəbər verirmiş
-
Elm adamları açıqladı: Qocalmanın sürətləndiyi iki xüsusi yaş dövrü var
XƏBƏR LENTİ
-
Niyaməddin Musayevdən doğum günü arzusu
-
“İçkiyə görə toy yasa döndü”
-
Əməkdar artist 38 il əvvəl - FOTO
-
Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb - FOTO
-
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub - FOTO
-
Gəncədə ağır qəza - xəsarət alanlar var
-
Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək
-
Əməkdar artistin nəvəsinin məclisindən yeni FOTOlar
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
1300 kilometrlik qatar xətti açılır - 4 ölkə birləşəcək
-
Gündə 3-4 taksi sürücüsünü "müalicə edirəm"
-
Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib - FOTO
-
"Yuventus" dünya çempionunu transfer edir
-
İrəvandakı paradda İran silahı: molla rejimi maskasını birdəfəlik cırıb atdı
-
Pezeşkian Prezident İlham Əliyevi təbrik edib
-
Xoşqədəm Seda Sayanın verilişində ağladı
-
Azərbaycanla münasibətlər Vaşinqton üçün əsas prioritetdir - Kaleb Orr
-
Diplomatik xidmət əməkdaşlarına bu qədər müavinət ödəniləcək
-
Məhərrəmlik ayı bu tarixdə başlayır
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalını Bəstəkarlar İttifaqında keçirilib - FOTO
-
Məhəmməd Şahabuddin Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Xameneinin dəfn yeri açıqlandı
-
Maşını olanlara pis xəbər: Bu məhsul bahalaşır
-
Casusluqda ittiham olunan şəxsə hökm oxundu





