Sağlamlıq

Yapon tədqiqatçılar Parkinson xəstəliyinin müalicəsi istiqamətində mühüm uğur qazanıblar

12 Noyabr 2018 03:30
0 Şərh     Baxış: 1 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yapon tədqiqatçılar qrupu Parkinson xəstəliyinin müalicəsinin tapılması istiqamətində mühüm uğura nail olduqlarını elan ediblər.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, qrup üzvləri ilk dəfə iPS hüceyrələrini uğurla xəstənin beyninə yerləşdirə biliblər.

Qrupun rəhbəri Kioto Universitetinin professoru Ryosuke Takahaşi deyib: "Biz xəstənin beyninə ilk transplantasiyanı uğurla həyata keçirdik. O, indi özünü yaxşı hiss edir".

Universitet əməkdaşlarının bildirdiyinə görə, onlar ötən ay misli görünməmiş əməliyyat ediblər. Bu əməliyyat zamanı 2,4 milyon iPS hüceyrəsi yaşı 50-dən yuxarı olan xəstənin beyninə yerləşdirilib.

Əməliyyatın məqsədi Parkinson xəstəliyinin əsəb hüceyrələrinə mənfi təsirinin qarşısını kəsməkdir.

Tədqiqatçılar qrupu uzaq gələcəkdə bu müalicə üsulunu Yaponiya tibbi sığorta sistemi çərçivəsində həyata keçirmək niyyətindədirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.