Sağlamlıq

DİQQƏT - Kişilərdə sonsuzluğa səbəb olan dərmanla bağlı YENİ İDDİA

14 Fevral 2018 08:12
0 Şərh     Baxış: 1 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa və Danimarka alimlərinin ibuprofen tərkibli dərmanlarla bağlı araşdırmasından sonra yeni iddialar gündəmə gəlib.

Milli.Az xəbər verir ki, ABŞ-ın Boston Universitetinin alimləri bu dərmanlarla bağlı araşdırma aparıb. Onların qənaətinə görə, bu dərmanların daxili qanaxmadan başlayaraq infarkta qədər bir çox əks təsiri var.

Mütəxəssislər dərmanın həkim nəzarətində istifadəsini mütləq sayıb.

Qeyd edək ki, Azərbaycan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən verilən məlumata görə, ibuprofen dərmanları Azərbaycana örtülü tabletlər (10 ədəd) formasında gətirilir.

"İndiyədək bu dərman vasitəsinin əks təsirləri, əlavə təsirləri ilə bağlı mərkəzə şikayət daxil olmayıb".

Fransa və Danimarka alimlərinin apardığı araşdırmaya görə, tərkibindəki əsas maddə ibuprofen olan dərman yüksək dozada qəbul edildiyi zaman sonsuzluq, diqqətsizlik, depressiya, əzələ əriməsinə səbəb ola bilər.

Dərmanın içlik (təlimat) vərəqində qeyd edilir ki, ibuprofen ağrıkəsici və iltihabəleyhinə vasitə kimi revmatoid artritin (o cümlədən, yuvenil revmatoid artrit və Still xəstəliyinin), ankilozlaşdırıcı spondilit, osteoartroz və digər qeyri-revmatoid (seroneqativ) artropatiyaların müalicəsində istifadə olunur. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.